"Qalatasaray"ın keçmiş futbolçusu: ""Beşiktaş" bu oyun tempi ilə çempion ola bilməz"

img

27-02-2023 [13:00]


"Qalatasaray"ın keçmiş futbolçusu, hazırda şərhçi olan Necati Atəş dünən oynanan "Beşiktaş" - "Antalyaspor" qarşılaşması barədə açıqlama verib.

Mia.az xəbər verir ki, "TRT spor"a danışan şərhçi bildirib ki, "Beşiktaş" bu oyun tempi ilə çempion ola bilməz: ""Beşiktaş"ın bu gün çempionluqdan uzaqlaşıb. Riyazi olaraq hələ şansı var, amma oynadığı oyun müsbət heç nə vəd etmir".

Şərhçi klub rəhbərliyinin yaxşı oyunçuları heyətə cəlb etdiyini desə də, baş məşqçi Şenol Günəşin düzgün seçim olmadığını bildirib: ""Beşiktaş" bu mövsüm Anadolu komandalarından çox yaxşı oyunçular alıb. Ondan əvvəl də çox yaxşı oyunçular var idi. Ancaq meydanda ən yaxşı halda 4-5 oyunçu görmək olur. Qalan oyunçular sanki "yoxdur". Halbuki, klub komandaya çox yaxşı futbolçular gətirib, amma düzgün məşqçi seçimi olmayıb...".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR