Baş Prokurorluq konfrans keçirəcək

img

27-02-2023 [12:09]


Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən martın 3-də Bərdə şəhərində ətraf region prokurorluqlarının məsul əməkdaşlarının, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarının, təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə konfrans təşkil ediləcək.

Mia.az xəbər verir ki, yüksək səviyyəli konfransda regional media nümayəndələri ilə yanaşı, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edəcək.

Xatırladaq ki, Baş Prokurorluq tərəfindən bundan əvvəl, Gəncə, Lənkəran, Şəki, Gədəbəy və Quba şəhərlərində də regional konfranslar təşkil olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR