Azarkeşlər Balotellinin formasını yandırdı - FOTO

img

27-02-2023 [00:23]


Superliqa təmsilçisi “Adana Dəmirspor”dan İsveçrənin “Sion” komandasına transfer olunan məşhur italyalı hücumçu Mario Balotelli azarkeşlərin qəzəbinə gəlib.

Mia.az xəbər verir ki, Balotelli İsveçrə Superliqasında 10 matçda qalib gələ bilməyən "Sion"un  son olaraq "St.Qalen"ə 4:0 hesabı ilə məğlub olması azarkeşlərin səbr kasasını daşırıb.

Məlumata görə, oyundan dərhal sonra azarkeşlər Balotellinin performansına etiraz olaraq onun formasına od vurublar.

Xatırladaq ki, 32 yaşlı italiyalı hücumçu yeni komandasında indiyədək cəmi 5 qol vurub, 6 sarı vərəqə alıb.

"Sion" isə geridə qalan 22 oyunda 5 qələbə, 7 heç-heçə və 10 məğlubiyyətlə turnir cədvəlində sondan ikinci yerdə qərarlaşıb.

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR