"Qalatasaray" - "Alanyaspor" matçında qol yağışı: Zaniolo siftə elədi (FOTO)

img

27-02-2023 [00:03]


Spor Toto Super Liqanın oyunları üçün hazırlıqlarını davam etdirən "Qalatasaray" bu gün zəlzələdən zərərçəkənlərə kömək etmək üçün "Alanyaspor"la xeyriyyə oyunu keçirib.

Mia.az xəbər verir ki, "Qalatasaray" oyunda rəqibə aman verməyib - 4:2.

Oyunda "Alanyaspor" 17-ci dəqiqədə Kavaleyro ilə hesabda önə keçib. Raşica 31-ci dəqiqdə hesaba tarazlıq gətirib - 1:1.

"Aslan" 69-da Barış Alper və 77-də Berkanın vurduğu qollarla matçı 3-1-ə gətirib. Eduardo 90-da hesabı 3-2 etsə də, oyuna son nöqtəni "Qalatasaray"ın yeni transfer etdiyi ulduz oyunçusu Zaniolo qoyun. "Roma"dan 15 milyon avroya transfer edilən  23 yaşlı ulduz 90+3-də Kərəmin ötürməsini gözləl zərbə ilə qola çevriib - 4:2.

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR