"Qalatasaray"ın 37 yaşlı qolçusu futbolla vidalaşır? - Qomis açıqlama yaydı

img

27-02-2023 [00:05]


"Qalatasaray"da ikinci dönəmini keçirən 37 yaşlı təcrübəli hücumçu Bafetimbi Qomis aktiv futboldan bu yay gedəcəyi barədə yayılan xəbərlərə aydınlıq gətirib.

Mia.az xəbər verir ki, bu barədə o, "İnstaqram"da paylaşım edib.

Qomis bildirib ki, futboldan gedəcəyi barədə xəbərlər doğru deyil: "Bu, yalandır. Mən hələ meydanlarda olacam"

Qeyd edək ki, 37 yaşlı fransalı hücumçunun "Qalatasaray"la müqaviləsi mövsümün sonunda başa çatır.

O, bu mövsüm "Qalatasaray"da 20 oyuna 10 qol vurub, 3 məhsuldar ötürmə edib.

Fərid

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR