Ərdoğanın sözçüsü: "Seçkilər təxirə salınmayacaq"

img

24-02-2023 [23:25]


Zəlzələlərdən sonra Türkiyədə mayın 14-də nəzərdə tutulan Prezident və parlament seçkilərinin təxirə salınacağı barədə xəbərəər dolaşır.

Mia.az xəbər verir ki, "CNN International"a açıqlama verən Prezident Ərdoğanın sözçüsü İbrahim Kalın isə bu cür xəbərlərin doğru olmadığını deyib: "Önümüzdəki günlərdə bunun əksi ilə bağlı siyasi razılaşma olmazsa, seçkilərin vaxtında keçiriləcəyni deyə bilərəm. Görünən odur ki, seçkilər mayın 14-də keçiriləcək".

Xatırladaq ki, zəlzələdən sonra seçkinin təxirə salınması barədə ilk bəyanatı Türkiyə parlamentinin keçmiş spikeri Bülent Arınç verib.

Lakin müxalif partiyalar buna sərt reaksiya verərək, seçkinin təxirə salınması ilə qətiyyən razılaşmyacaqları barədə dalbadal bəyanat yayıblar.

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:25 06.08.2025

Xorxe Kosta vəfat edib