Əmrə Belözoğlu "Qarabağ"ı yarıyolda qoyan komandadan danışdı: ""Gent"i məğlub edəcək gücədəyik"

img

24-02-2023 [23:20]


UEFA Konfrans Liqasının son 16 turunda "Gent"lə qarşılaşan "Başakşəhər"in məşqçisi Emrə Belözoğlu "TRT Spor"a danışıb.

Mia.az xəbər verir ki, o, açıqlamasında bu komandanı "dişli" saysa da, komandası üçün çətin rəqib olmadığını deyib.

Əmrə Belözoğlunn sözlərinə görə, Konfrans Liqasında yolun sonunadək davam etməkdə qərarlı və istəklidirlər: "Məncə, mərhələ adlamaq üçün kifayət qədər güclüyük. "Gent" Belçikanın "dişli" komandalarından olsa da, biz onları məğlub edəcək gücdəyik. Yanlış anlamayın, onları "zəif görürəm" demək istəmirəm".

Baş məşqçi oyun templərini belə saxlayacaqlarını vurğulayaraq, bu mövsüm Türkyədə ən çox oynayan komanda olduqlarını bildirib: "Məncə, artıq sabit oyunumuzu oynayırıq. Sistemimizdə dəyişiklik etmək niyyətində deyilik. "Gent"in qarşısında da eyni sistem, eyni ruhla çıxacaqıq"

Fərid,

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR