Klub prezidenti tvitlə futbolçu alır - Atiba "Beşiktaş"dan ayrılacaq

img

24-02-2023 [22:06]


10 mövsümdür "Beşiktaş"da çıxış edən təcrübəli futbolçu Atiba Hatçinson Kanadanın "Atletiko Ottava" komandasından təklif alıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "Atletiko Ottava"nın rəhbəri Fernando Lopez maraqlı tvit paylaşıb.

O, paylaşdığı tvitində Atiba Hatçinsonu işarələyərək yazıb: "Atiba Hatçinson, ölkənin paytaxtında çağırşlara qulaq verib "Atletiko Ottava"da oynamaq istərsənmi?

Bu tvit 150 bəyənmə alsa, onu alacağıq. Bunun üçün "Beşiktaş"a  təklifimizi göndərəcəyik".

Lopezin paylaştığı bu tvitə dəqiqələr içində 650 "bəyənmə" işarəsi gəlib.

Bundan sonra növbəti açıqlama verən Lopez deyib ki, o, azarkeşlərin istəyini yerinə yetirəcək: "Atibanı gətirəcəyik...".

Fərid,

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR