Meydana girən azarkeş üzr videosu yaydı: "Şərəfsizlik elədim..." - FOTO

img

23-02-2023 [20:06]


Dünən “Kocaelispor”la “Sakaryaspor” arasında keçirilən xeyiriyyə matçında meydana girərək gərginlik yaradan azarkeş bu gün video yayaraq özünü xəyəntkar sayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, üzr videosunda şərəfzlik etdiyini də deyib:  "Əvvəla zəlzələ qurbanı olan bacı-qardaşlarımdan üzr istəyirəm. Böyük bir şərəfsizlik və xəyanət etdim. Nalayiq hərəkətlərimə görə "Sakaryaspor" və "Kocaelispor" cameəsindən üzr istəyirəm"

Xatırladaq ki, zəlzələdən zərərçəkənlər üçün keçirilən xeyriyyə oyununda meydana girərn adı açıqlanmayan bu azarkeş “Kocaelispor” tərəfdarlarına tərəf qaçaraq onları təxribata çəkib.

Nəticədə meydanda böyük gərginlikk yaranıb. Təhülkəsizlik qüvvələrinin müdaxiləsi ilə ara güclüklə sakitləşdirilib.

Fərid

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR