Şirvanda sakinlərlə növbəti səyyar görüş olub - FOTOLAR
23-02-2023 [18:42]
Bu gün Şirvan şəhər Mədəniyyət Mərkəzində keçirilən şəhər sakinləri ilə növbəti səyyar görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla birlikdə Milli Məclisin deputatı İltizam Yusifov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib.
Mia.az xəbər verir ki, səyyar görüşdən öncə müstəqilliyimizin memarı, Ümummilli lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin və Qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qəbulda iştirak edən şəhər sakinlərini salamlayaraq, regionların inkişafı üzrə dövlət proqramlarından, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində qəbul edilən fərman və sərəncamlardan bəhs edib. 2 il əvvəl dünyanı bürüyən koronavirus infeksiyasına qarşı ölkəmizdə həyata keçirilən mübarizə tədbirlərindən, dünyanın ən inkişaf etmiş ölkələrinin də çətinliklərlə üzləşdiyi bir vaxtda Azərbaycanın pandemiyadan müvəffəqiyyətlə çıxmasından söz açıb. Eyni vaxtda həm pandemiya ilə, həm də mənfur düşmənlə mübarizə aparılmasına baxmayaraq, heç bir sosial layihənin dayandırımadığını, iqtisadi tempin yüksələn xətt üzrə inkişaf etdiyini, genişmiqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirildiyini xatırladıb. Ölkə ərazisində tətbiq edilən məhdudiyyətlərin bir qisminin aradan qaldırıldığını, hər ay şəhərin müxtəlif ərazilərində 4 səyyar görüşün təşkil edildiyini və vətəndaş müraciətlərinə xüsusi həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.
Şəhər ərazisində park və xiyabanların əsaslı təmir edildiyini, yeni nümunəvi məhəllələrin salındığını, şəhərin su-kanalizasiya sisteminin müasir tələblər səviyyəsində mərhələlərlə yenidən qurulduğunu, 143 küçənin tam işıqlandırıldığını, MİDA-nın sifarişi ilə şəhər ərazisində sosial evlərin tikintisi üçün 8,14 ha torpaq sahəsinin ayrıldığını diqqətə çatdırıb. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin rəhbəri Leyla Xanım Əliyevanın “Bizim həyət” layihəsi əsasında Bakıdan sonra regionlardan ilk dəfə Şirvanda 3 məhəllənin abadlaşdırıldığını qeyd edib. 76 çoxmənzilli yaşayış binasının 73-də zirzəmilərindəki çirkab suların çəkilməsi işlərinin başa çatdırıldığını vurğulayıb.
Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında aparılan yenidənqurma işlərinin şəhər sakinlərinin və qonaqların mədəni istirahətinə xidmət etdiyini və sakinlər tərəfindən xoş təssüratla qarşılandığını bildirib.“Heydər Əliyev İli” çərçivəsində Heydər Əliyev meydanındakı fəvvarənin və Heydər Əliyev adına mədəniyyət və istirahət parkında fəvvarə və şəlalənin əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verildiyini vurğulayıb.
Şəhidlər Xiyabanında aparılan abadlıq-bərpa işlərindən, şəhid adların əbədiləşdirlməsi istiqamətində həyata keçirilən tədbirlərdən, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan bəhs edib. Milli Məclisin deputatı İltizam Yusifov çıxış edərək, 30 ildən sonra şanlı Azərbaycan ordusunun torpaqlarımızı azad etməsindən qürur duyduğunu, ümumxalq dərdimizin zəfərlə sonlandığını, dövlət-ordu-xalq birlinin daha da möhkəmləndiyini qeyd edib.
Hazırda xalqımızın daha çox birlik nümayiş etdirməsinin vacib olduğunu, son günlər beynəlxalq arenada müzakirə olunan qlobal enerji təhlükəsizliyi və su ehtiyatlarından səmərəli istifadə ilə bağlı ətraflı məlumat verib. Şəhər ərazisində sərnişindaşıma ilə bağlı yaranan bəzi problemlərə toxunub. Sonra qəbula gələn sakinlər dinlənilib, onları narahat edən məsələlər və problemlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib və nəzarətə götürülüb.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını ifadə ediblər.
MİA.AZ
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb