Şəhər rəhbərliyi Şəhidlər Xiyabanı ziyarət edib - FOTOLAR
23-02-2023 [19:35]
Bu gün Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi, polkovnik-leytenant Ramil Əhmədov, Şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, din xadimləri və şəhid ailələri ilə birlikdə ənənəvi olaraq hər ay olduğu kimi fevral ayının sonuncu cümə axşamı Şirvan Şəhidlər Xiyabanını ziyarət edib.
Mia.az xəbər verir ki, öncə Birinci Qarabağ müharibəsi zamanı Şirvan şəhərindən itkin düşənlərin xatirəsinə ucaldılan abidə önünə tər qərənfillər qoyulub, xatirələri ehtiramla yad edilib.
Sonra Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub, ailələrinə səbir dilənib. Ziyarətdən sonra “Şəhid Anası” memorial abidə kompleksinin önündə şəhid ailələri ilə görüş keçirilib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid valideynlərini salamlayıb, onlara vətənpərvər, şücaətli, mərd oğullar böyütdükləri üçün təşəkkürünü bildirib. Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim uca tutulacağını vurğulayıb.
Şəhidlərin dövlətə əmanət qalan ailələrinin bütün problemlərinin dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın daim diqqətində olduğunu xatırladıb.
Bu diqqət və qayğının hər yerdə olduğu kimi Şirvan şəhərində də davam etdirildiyini vurğulayıb. Şəhidlərin doğum və anım günlərində məzarları qarşısında xatirə tədbirlərinin keçirilməsinin, onların ailələrinin əlamətdar günlərdə ziyarət olunmasının, adlarının əbədiləşdirilməsinin, Şəhidlər Xiyabanında ardıcıl abadlıq-bərpa işlərinin aparılmasının şəhid ruhlarına ehtiramın bariz nümunəsi olduğunu bildirib. Qısa müddətdə şəhid analarının şərəfinə “Şəhid Anası” memorial abidə kompleksinin qurulmasından, Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət parkında “Zəfər” və “Qarabağ” xiyabanlarının salınmasından, müharibədə həlak olan bütün əsgər və zabitlərimizin şərəfinə Zəfər abidəsinin ucaldılmasından bəhs edib.
Tariximizə qanla yazılan şanlı Zəfərin müəllifləri olan şəhidlərimizin və qazilərimzin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd edib. Bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələrini narahat edən məsələlərlə maraqlanıb və bu barədə çıxış etmələri üçün sözü onlara verib. Görüşdə qaldırılan məsələlər əsasən, şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, torpaq sahəsi ilə təmin olunması, şəhidlərin orden və medallarla təltif edilməsi, adlarının küçələrə verilməsi və sair ilə bağlı olub.
Şəhid ailələrinin mənzil növbəsinə götürüldüyü, torpaq sahəsinin verilməsi ilə bağlı hazırda məhdudiyyətlər olduğu, şəhid adlarının verilməsinin “Şəhid adlarının əbədiləşdirilməsi haqqında Qanun”a əsasən tənzimləndiyi, digər məsələlərlə bağlı dövlət səviyyəsində proqramlar və layihələr həyata keçiriləcəyi barədə şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən şəhid ailələrinə geniş məlumat verilib. Tədbirdə iştirak edən şəhid valideynləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci-vitse prezident, Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Ziyarətin sonunda Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Şirvan şəhərindəki səlahiyyətli nümayəndəsi, şəhər məscidinin imamı Əvəz Mehrəliyev Ulu Öndərin və vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxuyub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Zülfiyyə,
MİA.AZ
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb