Portuqaliyalı futbolçu: ""Fənərbağça"nın baş məqşçisi məni aldatdı"

img

22-02-2023 [22:23]


Ötən il "Fənərbağça"ya transferi gündəm olan portuqaliyalı futbolçu Uilyam Karvalyo maraqlı açıqlamalar verib.

Mia.az xəbər verir ki, İspaniya mətbuatına açıqlama verən "Real Betis"in ulduz oyunçusu müsahibəsində "Fənərbağça"nın baş məşqçisi Jesusu hədəfə alıb.

O bildirib ki, yayda "Fənərbağça" klubu ilə tam razılaşıbmış: "Mən artıq əşyalarımı toplayırdım. Türkiyəyə yola çıxmaq üzrədydım, amma qəfil əks xəbər gəldi. Transferim gerçəkləşmədi. Çünki  Jesus öz tələbəsi Araonu aldı".

Karvalyonun  sözlərinə görə, halbuki ona təklifi elə Jorge Jesusun özünün verdiyini iddia edib: "O, dedi ki, komandaya mərkəz müdafiəçisi laızmdır və bu nöqtədə məni görmək istəyir. Mənə ehtiyacı olduğunu, çox bəyəndiyini açıq dedi.  Daha əvəvl "Benfika"'da olarkəndə məni istəmişdi, ancaq o vaxt "Sportinq Lisabon"la olan mənəvi bağa görə mən getmədim...".

Xatırladaq ki, 30 yaşlı oyunçunun "Real Betis"lə 2026-cı ilə qədər müqaviləsi var.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR