Şirvanın icra başçısı şəhid ailəsinin yaşadığı məhəllədə sakinlərlə görüşüb - FOTOLAR
22-02-2023 [19:34]
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən birini şəhid ailələrinin, müharibə veteranlarının və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Şirvan şəhərində əlamətdar günlərdə şəhidlərimizin ailə üzvlərinin, Qarabağ müharibəsi əlillərinin ziyarət edilməsi və bu kateqoriyadan olan insanlara mənəvi dəstək olunması artıq ənənə halını alıb.
Mia.az xəbər verir ki, fevralın 21-də Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları ilə birlikdə Novruzun ilk çərşənbəsi olan Su çərşənbəsi münasibətilə Vətən müharibəsinin şəhidi Alışanlı Amal Seyfəddin oğlunun adının əbədiləşdirildiyi və ailəsinin hazırda yaşadığı küçənin sakinləri ilə görüş keçirib. Şəhid Amal Alışanlının xatirə guşəsinin qarşısında keçirilən görüşdə Şəhər İcra Hakimiyyətinin başçısı Su çərşənbəsi münasibətilə şəhid ailələri başda olmaqla şəhər sakinlərini təbrik edib, onlara sağlam həyat, ruzi-bərəkət, sevinc dolu günlər arzulayıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan Vətən müharibəsində əldə edilən Qələbənin hər bir şəhər sakinində iftixar hissi doğurduğunu vurğulayan İlqar Abbasov şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyib.
Qeyd edib ki, cənab Prezidentin qərar və tapşırıqlarına uyğun olaraq, azad edilmiş torpaqlarımızda aparılan quruculuq və bərpa işləri şəhidlərimizin ruhunu şad edir. Belə görüşlərin bayram günlərində şəhidlərin vaxtilə yaşadığı məhəllədə keçirilməsinin onların ruhuna hörmət və ehtiramın ifadəsi olduğunu qeyd edib. Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində aparılan abadlıq-bərpa və yenidənqurma işlərindən söz açaraq, şəhidlərimizin vaxtilə yaşadıqları küçələrin asfaltlanmasına və işıqlandırılmasına xüsusi diqqət göstərildiyini söyləyib. Məhəllələrin abadlaşması işlərinin davam edəcəyini və şəhərimizin simasının daha da gözəlləşəcəyini vurğulayıb.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhər sakinləri ilə səmimi söhbət zamanı onları narahat edən problemlərlə tanış olub və həll olunması üçün aidiyyəti üzrə müvafiq göstərişlərini verib. Sakinlər göstərilən diqqət və qayğıya, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən zəruri tədbirlərə, vətəndaşların rahatlığı üçün aparılan abadlıq-quruculuq və yenidənqurma işlərinə görə ölkə Presidenti İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Mia.az
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb