"Qalatasaray" ii hazırlıq oyunu oynadı: biriini uddu, digərini isə...

img

22-02-2023 [18:40]


Zəlzələyə görə futbol oyunlarına ara verilməsini fürsət bilən "Qalatasaray" Antaliyada hazırlıq matçı keçirib.

Mia.az xəbər verir ki, "Qalatasaray" burada "Gənçlərbirliyi" komandası ilə gücünü sınayıb.

Okan Buruk yeni transfer Sam Adekugbeni də ilk 11-də heyətdə oynadıb.

Oyunun ilk hissəsində İkardinin qolu ilə önə keçən "Qalatasaray" ikinci hisədə bu hesabı qoruya bilməyib.

Oyuna sürətli başlayan rəqib Yasin Güreler və Erkan Eyibilnin qolları ilə "Qalatasaray" məğlub duruma salıb.

90-cı dəqiqədə Barış Alper Yılmaz hesaba tarazlıq gətirib - 2-2

"Qalatasaray" bu gün daha bir hazırlıq matçı oynayıb.

Komanda bu dəfə də aşağı liqa komandası ilə "döyüşüb"

istanbul komandası "Gnclərbirliyi"ndən fərqli "Pendikspor"u rahat məğlub edib - 3-1.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR