HƏBSDƏ OLAN QALMAQALLI GENERALIN OĞLU İLƏ VƏKİL ARASINDA DAVA: istintaqa verilən ifadə yayıldı - Məhkəmə iclası (Yenilənib)
22-02-2023 [17:25]
Həbsdə olan ləğv edilmiş MTN generalı Mövlam Şıxəliyevin ailəsinə qarşı 510 min manatlıq dələduzluqda təqsirləndirilən tanınmış vəkil Elçin Qəmbərovun cinayət işi üzrə məhkəmə başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə hazırlıq iclası keçirilib.
İclasda qeyd edilib ki, E.Qəmbərov general Şıxəliyev həbs olunan zaman onun oğlu Elgün Şıxəliyevdən 510 min manat pul alıb. İttihama görə, vəkil bu pulun qarşılığında sabiq “MTN-çi”ni həbsdən buraxdıracağına dair vəd verib. Lakin sonradan vədinə əməl etməyib.
Qeyd edək ki, M.Şıxəliyev MTN-də idarə rəisi olarkən törətdiyi qanunsuzluqlara görə, 12 il həbs cəzası alıb.
Bugünkü prosesdə Elçin Qəmbərovun vəkili Leyla Namazzadə prosesin qapalı keçirilməsi və Qəmbərovun ev dustaqlığına buraxılmasına dair vəsatət verib. Hakim hər iki vəsatəti rədd edib. Belə ki, cinayət əməli şəxsin peşə fəaliyyətinə və xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğu əsasıyla vəsatətlər təmin edilməyib.
Daha bir vəsatət isə Qəmbərovun özü tərəfindən verilib. O, saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Təcridxanasından Penitensiar Xidmətin İstintaq Təcridxanasına köçürülmək istədiyini deyib. Hakim vəsatəti təmin edib.
Bundan başqa məhkəmədə Elgün Şıxəliyevin göndərdiyi ərizə də elan edilib. Ərizədə göstərilib ki, Elçin Qəmbərov Şıxəliyevlərə vurduğu ziyanı tam ödəyib və ailənin ona qarşı heç bir iddia tələbi yoxdur.
Proses martın 7-də davam etdiriləcək/Report.
Elçin Qəmbərov “Mərkəz" Vəkil Bürosunun rəhbəridir. Onun ittiham olunduğu CM-nin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsində 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Xatırladaq ki, 2015-ci ilin oktyabrında MTN-dəki əməliyyat nəticəsində nazirliyin 21 vəzifəlisi cinayət məsuliyyətinə cəlb olunub. Sabiq MTN-çilər qanunsuz dinləmələrdə, iş adamlarının əmlaklarını hədə-qorxu ilə əllərindən almaqda, onları qanunsuz şəkildə MTN-də saxlamaqda və başqa əməllərdə ittiham olunurdular. MTN generalları Nizami Şirinov və Mövlam Şıxəliyev, eləcə də onların tabeliyində çalışan şəxslər 2021-ci ilin aprelində cinayət məsuliyyətinə cəlb olunublar. 2022-ci ilin sentyabrında Bakı Hərbi Məhkəməsinin hökmü ilə Şıxəliyev haqqında 12 il azadlıqdan məhrumetmə hökmü çıxarılıb. Uzun illər MTN-nin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Şıxəliyev hökmdən apellyasiya şikayəti verib. Hazırda onun da işinə Bakı Apellyasiya Məhkəməsindən baxılır.
***
Keçmiş Milli Təhlükəsizliyi Nazirliyi (MTN) Baş İstintaq İdarəsinin rəisi vəzifəsində çalışmış general-mayor Mövlam Şıxəliyevin oğlu Elgün Şıxəliyevə qarşı dələduzluq etməkdə mühakimə olunan 15 saylı Vəkil Bürosunun vəkili, “Mərkəz” Vəkil Bürosunun rəhbəri olmuş Elçin Qəmbərovun ittiham aktı məlum olub.
Mia.az Report-a istinadla xəbər verir ki, Elçin Qəmbərov “Mərkəz” vəkil bürosunun müdiri vəzifəsində işləyərkən 2021-ci ilin aprelin ortalarında Elgün Şixəliyevdən onun atası barəsində seçilmiş həbs qətimkan tədbirinin bəzi vəzifəli şəxslərlə olan yaxın münasibətlərindən istifadə etməklə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasına nail olacağını vəd verib. Elçin Qəmbərov Elgün Şıxəliyevdən 320.000 ABŞ dolları (500 min manat) alıb. O, 2021-ci ilin avqustunda gələcəkdə onun yenidən həmin pul vəsaitini almaq üçün Elgünün etibarını qazanmaq məqsədilə həmin pul vəsaitini geri qaytarıb.
İttiham aktına görə, daha sonra Elçin Qəmbərov 2021-ci ilin sentyabrında Elgün Şixəliyevin pulunu ələ keçirmək məqsədilə rəhbəri olduğu büronun vəkili Arzu Cavadova xidmət haqqı formasında 300.000 ABŞ dollar məbləğində pul vəsaiti müqabilində Mövlam Şıxəliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin bəzi vəzifəli şəxslərlə olan yaxın münasibətlərindən istifadə edərək, məhkəmə baxışı zamanı ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasına nail ola biləcəyini bildirib. O, rəhbəri olduğu büronun xidməti iş otağında Elgün Şixəliyevlə görüşüb və ondan xidmət haqqı adı ilə xüsusilə külli miqdar hesab edilən 510.000 manat ekvivalentinə bərabər 300.000 ABŞ dollar məbləğində pul vəsaitini alıb.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elçin Qəmbərov ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilib. O, ifadəsində göstərib ki, 2021-ci ilin aprel ayında "Mərkəz" vəkil bürosunun müdiri işləyəndə iş barəsində həmin vəkil bürosunun vəkili Arzu Cavadovla söhbət edib: “Bu zaman Arzu Cavadov ona Mövlan Şixəliyevin vəkili olduğunu bildirib. Həmin vaxt Mövlam Şixəliyev barəsində cinayət işinin ibtidai istintaqı davam edirdi. Mövlam Şıxəliyevin barəsində həmin iş üzrə həbs qətimkan tədbiri seçilmişdi. Arzu Cavadovla söhbət zamanı ona yuxarı dövlət orqanlarında bəzi vəzifəli şəxsləri tanıdığımı, Mövlam Şixəliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilməsində köməklik edə biləcəyimi dedim”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, bir neçə gün sonra vəkil bürosunun inzibati binasında Arzu Cavadova Mövlam Şixəliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilməsi məsələsini "həll edəcəyi"ni, bunun üçün onlardan 320 000 ABŞ dollar məbləğində pul alacağını, həmin pulun xidmət haqqı kimi onun özünə lazım olduğunu söyləyib:
“Bu danışıqdan bir həftə sonra vəkil bürosunun inzibati binasında olan otaqda Mövlam Şixəliyevin oğlu Elgün Şixəliyev vəkil Arzu Cavadovun iştirakı ilə mənə 320 000 ABŞ dolları verdi. Əslində isə həmin pul məbləğini alanda niyyətim Elgün Şixəliyevi aldadaraq onun pulu aldatma yolu ilə ələ keçirmək olub. Hər hansı vəzifəli şəxslə əlaqə qurmaq niyyətim olmayıb. Pul vəsaiti mənə veriləndən sonra Elgün Şixəliyev va Arzu Cavadov tez-tez zəng etdi, məsələnin nə yerdə olduğunu soruşdular. Mən isə onlara gözləmək lazım olduğunu dedim. Bu haldan sonra bir neçə ay ərzində məsələnin həll edilməsi üçün heç bir hərəkət etmədim, heç kimlə əlaqə qurmadım”.
Elçin Qəmbərov qeyd edib ki, 2021-ci ilin avqustunda Mövlam Şixəliyev barəsində olan cinayət işi istintaq orqanı tərəfindən məhkəməyə göndərilib: “Elgün Şixəliyevin mənə olan inamını daha da artırmaq, yəni guya ona yalan danışmadığımı inandırmaq üçün, lakin iş məhkəmənin icraatındaolan zaman yenidən həmin pul vəsaitini Elgün Şixəliyevdən almaq məqsədilə Arzu Cavadova qaytardım. Cinayət işi məhkəmə baxışında olarkən Arzu Cavadova Mövlam Şixəliyevə köməklik göstərilməsinin mümkün olduğunu, tanıdığım vəzifəli şəxslərlə yenidən əlaqə qura biləcəyimi dedim. Bu xidmət üçün bu dəfə 300.000 ABŞ dolları istədim”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2021-ci ilin sentyabrında Elgün Şixəliyev yenidən Arzu Cavadovun iştirakı ilə ona 300 000 ABŞ dollar verib:
“Elgün Şixəliyevdən aldığım pulları adlarını çəkmək istəmədiyim müxtəlif şəxslərə olan borclarımın qaytarılmasına xərclədim. Pulları qaytara bilmədiyim üçün Elgün Şixəliyev barəmdə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etdi”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Elgün Şixəliyev bildirib ki, 2021-ci ilin aprel ayında atası Mövlam Şixəliyevin barəsində Baş Prokurorluq tərəfindən cinayət işi başlanılıb:
“Bununla əlaqədar həmin cinayət işi üzrə atamın barəsində həbs qətimkan tədbiri seçildi. Atam Mövlam Şixəliyevin vəkili Arzu Cavadov olub. Bir neçə gün sonra Arzu Cavadov atama köməklik edə bilən şəxsin olduğunu dedi, həmin şəxsin köməkliyi ilə həbs qətimkan tədbirinin ev dustağlığına dəyişdirilməsinin mümkünlüyünü bildirdi. Bununla yanaşı, həmin şəxsin vəkil Elçin Qəmbərov olduğunu, bu məsələni Elçin Qəmbərovun 320 000 ABŞ dollar xidmət haqqı müqabilində vəzifəli şəxslər vasitəsilə həll edə biləcəyini qeyd etdi. Həmçinin bu məbləğin Elçin Qəmbərovun özü üçün lazım olduğunu bildirdi. Bir müddət fikirləşdikdən sonra bu təkliflə razılaşdım. Elçin Qəmbərovun sözlərinə inandım, 320 000 ABŞ dolları topladım, Arzu Cavadovla birlikdə Mərkəz vəkil bürosunun rəisi Elçin Qəmbərovun otağına getdim. 320 000 ABŞ dollarını Elçin Qəmbərova verdim”.
Zərərçəkmiş qeyd edib ki, bundan sonra həm özü, həm də Arzu Cavadov Elçin Qəmbərovla əlaqə saxlayıb, işin nə yerdə olduğunu maraqlanıblar:
“Elçin Qəmbərov isə hər dəfə məsələnin yaxın vaxtlarda həll olunacağını, vəzifəli şəxslərlə danışıqlar apardığını dedi. Bir neçə ay keçdikdən sonra, yəni təxminən avqust ayında Elçin Qəmbərov öz verdiyi vedi tutmadı. Habela Elçin Qəmbərova zəng etdikdə, məsələnin yaxın günlərdə həll olunacağını desə də, məsələnin həll olunmadığını anladım”.
Elgün Şıxəliyev qeyd edib ki, 2021-ci ilin avqustunda atası Mövlan Şixəliyevin barəsində olan cinayət işi məhkəməyə göndərilən ərəfələrdə Elçin Qəmbərov məsələni həll edə bilmədiyini, pulu qaytarmaq istədiyini deyib: “Bununla bağlı olaraq Elçin Qəmbərov bütün məbləği, yəni 320 000 ABŞ dollarını Arzu Cavadov vasitəsi ilə mən qaytardı.. Həmin ilin sentyabrında Elçin Qəmbərov Mövlam Şixəliyevin vəkili Arzu Cavadova artıq cinayət işinin məhkəmədə olduğunu, vəzifəli şəxslərlə danışdığını, məsələnin demək olar ki, hall olunduğunu bildirdi. Bunun müqabilində 300.000 ABŞ dollar məbləğində xidmət haqqı kimi pul istədi. Bu dəfə də Elçin Qəmbərov qeyd etdi ki, bu məbləğ onun özü üçün lazımdır. Elçin Qəmbərovun tanınmış vəkil olduğunu, habelə müxtəlif dövlət orqanlarında tanışlarının olmasını düşünərək sözlərinə inandım. 300.000 ABŞ dollarını vəkil Arzu Cavadovla birlikdə Elçin Qəmbərovun xidməti iş otağında ona verdim”.
Elgün Şıxəliyev deyib ki, bundan sonra Elçin Qəmbərov atasına hər hansı köməklik göstərməyib: “Dəfələrlə verilən pul vəsaitinin qaytarılması ilə bağlı ona müraciət etsəm də, verilən pul vəsaitini qaytarmadı. Buna görə də artıq aldadıldığımı anladım və Dövlət Təhlükəsizliyi Xidmətinə ərizə ilə müraciət etdim”.
Qeyd edək ki, Elçin Qəmbərovun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Səbinə Məmmədzadənin icraatına verilib.
Elçin Qəmbərovun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham verilib. M.Şıxəliyev Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun general-mayor rütbəsindən məhrum edilməsi ilə əlaqədar Prezidentə təqdimat göndərilməsi barədə qərar çıxarılıb. Həmçinin M.Şıxəliyevin və ailə üzvlərinə məxsus bir sıra əmlakların müsadirə olunması barədə qərar çıxarılıb.
Mia.az
Şoumen... - AzTV bu deputatları "topa tutub" - VİDEO
ŞİŞİRDİLƏN QİYMƏTLƏR, XƏSTƏ HEYVANLAR... - Siyavuş Novruzov MM-də faktları sadaladı, nazir hirsləndi - Bəs ekspert nə deyir?
"Xəzər Dəniz Gəmiçiliyi" cərimələnib
Azərbaycan nefti cüzi ucuzlaşdı
Bakı qarlı havaya hazırlaşır - BŞİH-də müşavirə + FOTOLAR
PUTİN TOKAYEVLƏ GÖRÜŞDƏ QƏRBİ SƏRT TƏHDİD ETDİ: "Səbrimiz bir gün mütləq tükənəcək"
Moldova klubunun Baş məşqçisi: "Bizi İstanbul və Türkiyə ilə müqayisə etmək olmaz, amma..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Çağdaş Atan: "Deməyə söz tapmıram"
Türkiyədə 4 şəhərdə dərslər dayandırılıb - Qara görə
ABŞ İsrailə 680 milyon dollarlıq yeni silah satmağa hazırlaşır
5 HƏRBÇİ AĞIR QƏZADA HƏYATINI İTİRİB - MN-dən açıqlama (Yenilənib)
"Beşiktaş"ın baş məşqçisi: "Bütün enerjimi İsrail komandası ilə oyuna indeksləmişəm"
Çində həbsdə olan 3 amerikalı sərbəst buraxılıb: məhbus mübadiləsi, yoxsa... - Ağ Ev bəyanat yaydı
“Roşka” ləqəbli tiktoker həbs edildi
CHP sədrinə icazə verildi - Həbsdəki sədrlə görüşmək üçün
İran XİN başçısı İsraili hədələdi: "Cavab zərbəsi hüququmuz var"
Pakistanda əşirətlər arasında döyüş genişlənir - Tərəflər meyitləri dəyişməkdən imtina ediblər
Qəzzada hamilə qadın öldürülüb - 8 yaralı var
Tramp anlaşma memorandumunu imzalayıb - Yeni prezidentin komandası yeni vəzifələrinə yönlənir
1500 məktəb bağlanacaq? - Emin Əmrullayev yazır
Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - FOTOLAR
Ərdoğandan Öcalanla bağlı açıqlama: "Baxçalı həqiqətən cəsarətli və oyunu dəyişən bir təklif irəli sürüb"
Britaniyanın baş naziri deputatın suallarından yayınıb - "İsrailin İranın hücumundan qorunması üçün..."
Azərbaycanda bu gün yenə zəlzələ olub
Bələdiyyə seçkiləri: namizədlərin qeydə alınması nə vaxt başlayacaq?
Avropa Liqası: "Fənərbağça"nın heyəti müəyyənləşib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş"ın prezidenti istefa verdi
"Yelo Bank"ın əməkdaşı saxlanılıb
Bərdədə avtomat silahını satmaq istəyən şəxs həbs olunub
REKTOR VƏZİFƏDƏN ÇIXARILDI - Sərəncam
Bu sahələrdə işləyənlər vergidən azad olunur - SİYAHI
5 maşına 455 min manat? - Dövlət Xidməti qanunu pozan BŞİH-in departamentinin tenderini ləğv etdi
Növbəti iki gündə yağış yağacaq - Xəbərdarlıq
Oğurlanan tarixi əsər Ankarada tapılıb - FOTO