Çökən binanın altında qalan klub direktorunun cəsədi çıxarılıb

img

21-02-2023 [15:33]


Fevralın 6-da Hatayda baş verən zəlzələdə çökən binanın altında qalan "Hatayspor" futbol klubunun idman direktorunun cəsəd bu gün dağıntılar altından çıxarılıb.

Mia.az xəbər verir ki, bu barədə onun təmsil olunduğu klub başsağlığı yayıb.

Başsağlığında deyilir: "İdman direktorumuz Taner Savutu itirməyin dərin acısını yaşayırıq. Məşqçimizə uca Allahdan rəhmət, ailəsinə və sevənlərinə başsağlığı diləyirik. Səni unutmayacağıq, Taner hoca. Məkanın cənnət olsun. Hər zaman qəlbimizdəsən..."

Onu da bildirək ki, Türkiyənin bütün futbol klubları Taner Savutun vəfatı ilə bağlı başsağlılğı mesajı paylaşıb.

Fərid,

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR