Balakəndə əməliyyat: bu şəxslər qandallandı - TƏFƏRRÜAT/FOTO
21-02-2023 [10:42]
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı dələduzluq, oğurluq cinayətləri törədən, narkotiklərin dövriyyəsi və satışı ilə məşğul olan, eləcə də qanunsuz odlu silah-sursat saxlayan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, polis şöbəsinə müraciət edən zərərçəkən, “Vüqar” adlı şəxsin onun yaxın dostunu cəzaçəkmə müəssisəsindən azad etdirəcəyi kimi yalan vədlər verərək 24 min manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki şəhər sakini Vüqar Əlizadə şübhəli şəxs qismində saxlanılıb və o, ifadəsində əməlini etiraf edib. Saxlanılan şəxsin digər analoji cinayətlərdə də iştirakının olub-olmaması araşdırılır.
Keçirilən digər əməliyyat zamanı isə rayon ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən oğurluq edən rayon sakini Azər Əzizov tutulub. Onun evdə heç kimin olmadığı müddətdə həmin ünvana daxil olduğu, tikintidə və məişətdə istifadə olunan əşyaları oğurladığı müəyyən edilib. A.Əzizov oğurladıqlarının bir qismini satsa da, bəziləri onun yaşadığı evdən maddi sübut kimi götürülüb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə əvvəllər məhkum olunmuş 4 nəfər- Fərid Qazaxov, Ağaseyid Qarayev, Rəsul İsmayılov və Şahmar Soltanov saxlanılıb. Şəxsi axtarış zamanı onlardan müxtəlif növ narkotik vasitələr aşkarlanaraq istintaqa təqdim olunub. Qeyd edək ki, Ş.Soltanov bir müddət əvvəl də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilərək elektron qolbaqla təchiz olunub. Ancaq o, bundan nəticə çıxarmayaraq yenidən eyni əməlinə görə tutulub.
Qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində isə 11 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif markalı ov tüfəngləri aşkar edilərək götürülüb. Həmin silahlar ekspertizaya göndərilib, sahibləri ilə profilaktiki söhbət aparılaraq barələrində qanunamüvafiq tədbir görülüb. Faktlarla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ruben Vardanyanın məhkəməsi davam etdirilir
Fəzail Ağamalı ilə vida mərasimi başlayıb - FOTOTLAR (Yenilənir)
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar
Nəriman Axundzadə ABŞ komandasına keçdi - Açıqlama
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub
ABŞ İRANA 4 ŞƏRT İRƏLİ SÜRÜB - Siyahı
PENSİYA NƏ QƏDƏR ARTDI? - Açıqlama (Yeniənib)
“Bravo”nun filial müdirinin müavinini döyüldü - Səbəb + Təfərrüat
Fazil Mustafa: "İcra hakimiyyəti mütləq lazımdır"
Futzal Federasiyasının prezidentinə cinayət işi açıldı, qardaşı axtarışa verildi - Zaur Axundova şok ittiham var (Yenilənib)
Azərbaycan neftinin qiyməti 71 dolları ötdü
Bu burc sahibləri etibarlı olurlar!
“İdeal Motors”un vergi borcu artıb
Maksvell sevgilisi Epşteynlə bağlı suallara cavabdan imtinna etdi
Doğum gününüz mübarək, Əli müəllim!
İranda siyasətçilərin həbsi başlayıb - Saxlanılanlar arasında XİN başçısının keçmiş müavini də var
İsrail Qəzzaya ağır zərbələr endirdi - Azı 9 nəfər ölüb
"Qaziantep" 3 xalı 2 qol və 10 nəfərlə qazandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qurban Qurbanovun qızının toyu olub - VİDEO
Fəzail Ağamalı vəfat edib - Türkiyədə (Yenilənib)
Türkiyədə daha bir məşqçi istefaya göndərildi - Mərc oyununa görə
Aybəniz Haşımova: “...həmişə şad olacaqsınız”
Vüqar Məmmədovun həbs müddəti uzadılıb
ABŞ daha bir tankerə "əl qoydu"
AXCP-nin Abşeron rayon şöbəsinin sədri həbs edilib
İlham Əliyev ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul edib - Müzakirə + FOTOLAR (Yenilənib)
ƏLİ KƏRİMLİ, RAMİZ MEHDİYEVİN SABİQ KÖMƏKÇİSİ, MÜŞAVİR BARƏDƏ YENİ QƏRAR VERDİ - Yenilənib
Dövlət qulluğuna qəbul proqramına dəyişiklik olunub
Yazıçılar Birliyindən üzvlük haqqı ilə bağlı - Açıqlama
Regional Mədəniyyət İdarəsinə rəis əvəzi təyin olunub
Ramiz Mehdiyevin həbs müddəti bitir - Hansı qərar veriləcək?
Sabah Azərbaycanda külək güclənəcək - Xəbərdarlıq