Acun Konfrans və Çempionlar liqalarındakı bu oyunları sahibi olduğu TV-də şifrəsiz yayımlayacaq

img

20-02-2023 [21:28]


Türkiyədə TV8 telekanalınn rəhbəri, mşhur şoumen Acun Ilıcalı Konfrans liqası ilə Çempionlar liqasının oyunlarını sahibi olduğu TV-də şifrəsiz yayımladacaq.

Mia.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Acun qeyd edib ki, fevralın 23-də Konfrans Liqasında Bazel - Trabzonspor oyunu ilə yanaşı,  fevralın 21-də Çempionlar Liqasında "Liverpul" - "Real Madrid", fevralın 22-də isə "Leipziq" - "Mançester Siti" qarşılaşmaları TV 8-dən şifrəsiz canlı olaraq yayınlanacaq: "Bu oyunların reklamlardan əldə olunacaq gəlirlər tam şəkildə zəlzələdən zərərçəkənlərə yardım ediləcək".

Ləman,

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR