Əbülfəz Məlikov da ev dustaqlığına buraxılıb

img

20-02-2023 [16:30]


"Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

Səbail Rayon Məhkəməsində keçirilən iclasda vəsatət təmin olunub.

Qərara əsasən, Əbülfəz Məlikov ev dustaqlığına buraxılıb.

Məhkəmədən məlumatı təsdiq ediblər.

Qeyd edək ki, Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb.

Şirkət rəhbəri barəsində Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma – xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb/Unikal.az

Xatırladaq ki, "Broker Əbülfəz" FHN rəhbəri Kəmaləddin Heydərovun ən etibarlı adamlarından biridir. O, məhz Kəmaləddin Heydərovun  gömrük rəhbəri olduğu dövrlərdə gömrük sahəsində əsas adamlardaın biri olub. Daha sonra o, gömrüyün keçmiş sədri Səfər Mehdiyevlə də "dil taparaq" onunla "işləyib".

Mia.Az


Digər xəbərlər
SON XƏBƏRLƏR