Sumqayıtda qətl: 41 yaşlı kişi 28 yaşlı arvadını öldürdü

img

19-02-2023 [22:10]


Fevralın 19-u saat 19 radələrində Sumqayıt şəhəri 6-cı mikrorayon ərazisində yerləşən evlərin birində 1995-ci il təvəllüdlü Samirə Məmmədzadənin ölməsinə dair məlumat daxil olub.

Mia.az xəbər verir ki, bu baradə Sumqayıt şəhər Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, ilkin araşdırma zamanı zərərçəkmişin əri, 1982-ci il təvəllüdlü Taleh Əhmədov tərəfindən kəsici-deşici alətlə öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Taleh Əhmədov könüllü olaraq istintaqa təslim olub.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA