Məşhur futbolçu Türkiyə üçün tarixi formasını bir milyona satışa çıxardı - FOTOLAR

img

15-02-2023 [19:33]


2002-ci ildə keçirilən Dünya Çempionatında "qızıl qolu" ataraq Türkiyəni finala çıxaran İlhan Mansız həmin oyunda geyindiyi formanı zəlzələdən zərərçəkənlərə yardım üçün satışa çıxarıb.

Mia.az xəbər verir ki, bu barədə futbolçu sosial şəbəkədə məlumat paylaşıb.

İlhan Mansız onun üçün böyük tarixi dəyəri olan xatirəsini könül xoşluğu ilə zərərçəkənlər üçün açıq hərraca çıxardığını qeyd edib.

Bildirib ki, əldə olunan gəlir tam şəkildə zərərçəkənlərə xərclənəcək.

O, formasının ilkin bir milyon (90 min manat) tl qiymət qoyub.

 Xatırladaq ki, bu forma ilə, o, Seneqal millisinə qol ataraq, komandasını üst mərhələyə çıxarmışdı

Fərid,

Mia.az

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR