Putin martda yeni hücuma hazırlaşır - Bu dəfə məqsəd nədir?

img

13-02-2023 [20:53]


Rusiya Ukraynada növbəti genişmiqyaslı hücuma hazırlaşır.

Mia.az xəbər verir ki, bu barədə təkcə rəsmi Kiyev deyil, bir çox Qrəb ölkələri yeni anons verirlər.

Bildirilir ki, ötən bir il də böyük itkilərə baxmayaraq, Rusiya yenə də böyük qoşun toplayıb. Bu o deməkdir ki, Putin mart ayında genişmiqyaslı hücumu təkrarlayacaq.

Məsələ ilə bağlı açıqlama verən politoloq Elxan Şahinoğlu deyir ki, ötən ilin fevralın 24-də Rusiya sərhədə elə bu cür ordu toplamaqla müharibəyə başlayıb:  "Xatırlayırsınızsa, Rusiya müharibədən bir neçə ay əvvəl Ukrayna ilə sərhəddə qoşunları topladı, “təlimlər keçiririk” yalanını uydurdu, fevralın 24-də işğala başladılar. İndi də eyni ssenarini təkrarlamaq istəyirlər, ancaq bu dəfə məqsəd paytaxt Kiyevə qədər irəliləmək deyil. Kreml sahibi Vladimir Putin bir neçə ay əvvəl saxta referendumla Rusiyaya biləşdirdiyi Ukrayna bölgələrinin adminstrativ sərhədlərinə qədər irəliləmək istəyir".

Elxan Ş.ahinoğlu qeyd edir ki, Putin Qərbin hərbi texnikasının Ukrayna ordusuna tam təhvil verlənə qədər bu planını həyata keçirməyə can atacaq

Samir,

Mia.Az


Digər xəbərlər
SON XƏBƏRLƏR