İnstitut direktoru olmaq üçün 250 min rüşvət verən həkim.... - Falçı məhkəmə oprosesində elə faktlar açdı ki...
13-02-2023 [17:24]
Azərbaycan Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti, peşəkar idmançı Səbuhi Rəcəbin (Səbuhi Vaqifoğlu) məhkəməsində şahid qismində Mehriban Babayeva ifadə verib.
Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə M.Babayeva bildirib ki, təqsirləndirilən şəxsi 10 ildən artıqdır ki tanıyır:
"Mən özüm baxıcılıqla (falçılıqla - red.) məşğulam. Səbuhinin qaynanasıgillə qonşu olmuşam. Zərərçəkmiş Şahin doktor yüksək vəzifəyə təyin olmaq istəyirdi. Səbuhinin belə işlərdə bacarıqlı oğlan olduğunu bilirdim və onları bir-birləri ilə tanış etdim. Sonra Şahin Əliyevdən eşitdim ki, Səbuhiyə bu işi alındırması üçün 250 min manat verib. Mən irad tutdum ki, 250 min manat kifayət qədər böyük puldur, gərək tələsməzdin. mənim onlarla sonra heç bir əlaqəm olmadı. Şahin dedi ki xeyli müddət keçib, ancaq işi alındırmayıb. Mən də onu əmin etdim ki əgər işi düzəltməsə mən iki evimi satıb pulunu qaytaracam".
Məhkəmənin növbəti prosesi martın 6-na təyin olunub.
İttiham aktına əsasən, S.Rəcəb tanışı Şahin Əliyevi Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru vəzifəsinə düzəldəcəyinə dair yalan vəd verib və onun ümumilikdə 250 min manatını dələduzluq yolu ilə ələ keçirib.
Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə yolu ilə tanışı Səbinə Əliyevaya birlikdə iş görüb, qazanc əldə etməsinə dair yalan vəd verib. S.Rəcəb bu adla ondan ümumilikdə 40 min manat pulu dələduzluq yolu ilə alıb.
Eyni zamanda, o, digər tanışı Günay Əliyevanın “Bentley" markalı avtomobilini dələduzluq yolu ilə ələ keçirərk ona qarşı 51 min manat məbləğində ziyan vurub.
Beləliklə, S.Rəcəb üç nəfərə qarşı 341 min manatlıq dələduzluq edib.
Onun barəsində barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, S.Rəcəb əvvəllər Konstitusiya Məhkəməsində çalışıb. Daha sonra Azərbaycan Kikboksinq və Sambo Federasiyalarında döyüş sambosu üzrə vitse-prezident olub.
2018-ci ildə isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti vəzifəsini tutub.
O, 2020-ci ildə 13 saylı Xəzər-Pirallahı dairəsindən deputatlığa namizəd olub.
Mia.az
Nazir Ülvi Ələkbərlini yüksək vəzifəyə təyin etdi
Bu çörək növü bahalaşdı - 10 qəpik
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək
"Kinematoqrafiya haqqında" qanun dəyişdi
"Neftçi" brazilyalı futbolçu transfer edib
İran XİN Türkiyəyə təşəkkür edib
Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə zalında həbs edildi
Leyla Əliyeva "Yüksələn işıq" adlı sərgisində iştirak edib - FOTO
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ruben Vardanyanın məhkəməsi davam etdirilir
Fəzail Ağamalı ilə vida mərasimi başlayıb - FOTOTLAR (Yenilənir)
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar
Nəriman Axundzadə ABŞ komandasına keçdi - Açıqlama
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub
ABŞ İRANA 4 ŞƏRT İRƏLİ SÜRÜB - Siyahı
PENSİYA NƏ QƏDƏR ARTDI? - Açıqlama (Yeniənib)
“Bravo”nun filial müdirinin müavinini döyüldü - Səbəb + Təfərrüat
Fazil Mustafa: "İcra hakimiyyəti mütləq lazımdır"
Futzal Federasiyasının prezidentinə cinayət işi açıldı, qardaşı axtarışa verildi - Zaur Axundova şok ittiham var (Yenilənib)
Azərbaycan neftinin qiyməti 71 dolları ötdü
Bu burc sahibləri etibarlı olurlar!
“İdeal Motors”un vergi borcu artıb
Maksvell sevgilisi Epşteynlə bağlı suallara cavabdan imtinna etdi
Doğum gününüz mübarək, Əli müəllim!
İranda siyasətçilərin həbsi başlayıb - Saxlanılanlar arasında XİN başçısının keçmiş müavini də var
İsrail Qəzzaya ağır zərbələr endirdi - Azı 9 nəfər ölüb
"Qaziantep" 3 xalı 2 qol və 10 nəfərlə qazandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qurban Qurbanovun qızının toyu olub - VİDEO
Fəzail Ağamalı vəfat edib - Türkiyədə (Yenilənib)
Türkiyədə daha bir məşqçi istefaya göndərildi - Mərc oyununa görə
Aybəniz Haşımova: “...həmişə şad olacaqsınız”
Vüqar Məmmədovun həbs müddəti uzadılıb
ABŞ daha bir tankerə "əl qoydu"
AXCP-nin Abşeron rayon şöbəsinin sədri həbs edilib