Zəlzələni fürsət bilərək həbsxanadan qaçan şəxslər tutulur

img

13-02-2023 [17:09]


Kahramanmaraşda baş verən zəlzələni fürsət bilərək şəhərədki E tipli həbsxanadan qaçan şəxslər tutulur.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, narkotok maddələrin satışına görə həbs olunaraq E Tipi qapalı həbsxanada cəzasını çəkən Furkan Taşkpmür zəlzələ zamanı yaranan boşludan istifadə edərək doğulduğu Amasiyaya qaçıb.

Bildirilib ki, Amasiya şəhər polisinin əməliyyatı ilə o, Amasiyada əmisinin evində  təkrar qandallanıb.

Məlumata görə, bu dəfə o, Amasiyadakə həbsxanaya aparılıb.

Onu da qeyd edək ki, zəlzələdən sonra həbsxanadan bir neçə nəfər qaçıb. Hazırda onların axtarışı davam edir.

Zülfiyyə,

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR