Daha bir MTN generalının əmlakları geri qaytarıldı
09-02-2023 [16:59]
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi general-mayor Sübahir Qurbanovla bağlı hökm və qərara müsadirə olunmuş əmlaklarla bağlı hissədə yenidən baxılması üçün təqdimat verilib.
Gununsesi.info xəbər verir ki, Ali Məhkəmənin sədri tərəfindən verilmiş təqdimat onunla əsaslandırılıb ki, daxil olan müraciətlərə əsasən müsadirə olunmuş əmlaklar cinayət əməlinin əhatə etdiyi dövrdən kənar vaxtda əldə olunub. Bundan başqa ərizəçilər həmin əmlakları qanuni yolla əldə etdiklərini, təqsirləndirilən şəxsin cinayət işində hər hansı formada iştirakçı olmadıqlarını bildiriblər.
Bunları nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Hərbi kollegiyasının 2019-ci il tarixli qərarının əmlaklarla bağlı hissəsinin ləğv edilməsi, Bakı şəhərində fərqli ünvanlarda yerləşən iki mənzilin və Masallı rayonunun Qızılavar kəndində yerləşən 0,0636 ha torpaq sahəsinin üzərində olan yanacaqdoldurma məntəqəsinin müsadirədən azad olunması xahiş olunub.
Ali Məhkəmədə hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən iclasda təqdimat təmin edilib.
Qərara əsasən, iki mənzil və 0,0636 ha torpaq sahəsinin üzərində olan yanacaqdoldurma məntəqəsi müsadirədən azad olunaraq ərizəçilərə qaytarılıb.
Qeyd edək ki, Ali Məhkəmənin 2021-ci il tarixli qərarı ilə Sübahir Qurbanovun Abşeron rayonu, Novxanı kəndində yerləşən bağ evi də müsadirədən azad olunub.
Xatırladaq ki, Sübahir Qurbanov bir neçə nəfər nazirlik əməkdaşı ilə birgə 2015-ci ildə həbs edilib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Sübahir Qurbanov 14 il, Teymur Quliyev 12 il müddətinə azadlıqdan məhrum edilib. Natəvan Mirvətova da 5 il sınaq müddətli şərti cəza alıb.
Cinayət işi ilə bağlı üzərinə həbs qoyulmuş əmlaklar müsadirə olunub, təqsirləndirilən şəxslərin hərbi rütbələrindən azad olunmaları üçün təqdimat verilib.
Sübahir Qurbanov 3 il əvvəl, Teymur Quliyev isə ötən il əfv sərəncamı ilə azadlığa buraxılıblar.
Mia.az
Nazir Ülvi Ələkbərlini yüksək vəzifəyə təyin etdi
Bu çörək növü bahalaşdı - 10 qəpik
Məmur olmaq istəyənlər bu tarixdə imtahan verəcək
"Kinematoqrafiya haqqında" qanun dəyişdi
"Neftçi" brazilyalı futbolçu transfer edib
İran XİN Türkiyəyə təşəkkür edib
Masazır bələdiyyəsinin sabiq sədri amnistiyaya düşdü - Sektor müdir isə məhkəmə zalında həbs edildi
Leyla Əliyeva "Yüksələn işıq" adlı sərgisində iştirak edib - FOTO
Bu şəxslərin təhsili haqqı dövlət tərəfindən ödəniləcək - Yeni qanun
Bakı və rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Ruben Vardanyanın məhkəməsi davam etdirilir
Fəzail Ağamalı ilə vida mərasimi başlayıb - FOTOTLAR (Yenilənir)
Ceyhun Bayramov ABŞ Ticarət Palatasının baş vitse-prezidentini qəbul edib - Açıqlama
ONLAR RƏİS TƏYN EDİLDİ - Gömrükdə təyinatlar
Nəriman Axundzadə ABŞ komandasına keçdi - Açıqlama
Milli Məclisin iclası başlayıb
Qədr (Əhya) gecələrinin tarixləri məlum olub
ABŞ İRANA 4 ŞƏRT İRƏLİ SÜRÜB - Siyahı
PENSİYA NƏ QƏDƏR ARTDI? - Açıqlama (Yeniənib)
“Bravo”nun filial müdirinin müavinini döyüldü - Səbəb + Təfərrüat
Fazil Mustafa: "İcra hakimiyyəti mütləq lazımdır"
Futzal Federasiyasının prezidentinə cinayət işi açıldı, qardaşı axtarışa verildi - Zaur Axundova şok ittiham var (Yenilənib)
Azərbaycan neftinin qiyməti 71 dolları ötdü
Bu burc sahibləri etibarlı olurlar!
“İdeal Motors”un vergi borcu artıb
Maksvell sevgilisi Epşteynlə bağlı suallara cavabdan imtinna etdi
Doğum gününüz mübarək, Əli müəllim!
İranda siyasətçilərin həbsi başlayıb - Saxlanılanlar arasında XİN başçısının keçmiş müavini də var
İsrail Qəzzaya ağır zərbələr endirdi - Azı 9 nəfər ölüb
"Qaziantep" 3 xalı 2 qol və 10 nəfərlə qazandı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qurban Qurbanovun qızının toyu olub - VİDEO
Fəzail Ağamalı vəfat edib - Türkiyədə (Yenilənib)
Türkiyədə daha bir məşqçi istefaya göndərildi - Mərc oyununa görə
Aybəniz Haşımova: “...həmişə şad olacaqsınız”
Vüqar Məmmədovun həbs müddəti uzadılıb
ABŞ daha bir tankerə "əl qoydu"
AXCP-nin Abşeron rayon şöbəsinin sədri həbs edilib