Ceyhun Bayramov Türkiyəyə gedir

img

09-02-2023 [16:36]


Xarici işlər naziri Ceyhun Bayramov bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefonda danışıb.

Mia.az xəbər verir ki, bu məlumatı Çavuşoğlu açıqlayıb.

O bildirib ki, Ceyhun Bayramov bu gün ona zəng edib, zəlzələ zonasındakı vəziyyətlə maraqlanıb və dəstək üçün Türkiyəyə gələcəyini deyib.

Nazir kiprli mövqedaşı ilə brifinqdə nu da deyib ki, Hataydakı zəlzələdə XİN-in iki rəsmisi də dağıntılar altında qalıb.

O, yardım göstərən bütün ölkələrə təşəkkür edib.

Samir,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR