Zəlzələ bölgəsindəki azərbaycanlılar avtobuslarla təxliyə olunur

img

09-02-2023 [11:58]


Zəlzələ bölgəsindəki azərbaycanlılar avtobuslarla təxliyə olunur.

Mia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə açıqlama verib.

Onun sözlərinə görə, təyyarələrlə təxliyə barədə hələ ki, qərar yoxdur: “Avtobuslarla təxliyə daha rahat və sürətlidir. Hava nəqliyyat vasitələri bəzən gözləməli olur. Təyyarələrdə müəyyən çətinlik yaşana bilir. Çünki təyyarələrin əksəriyyəti yük təyyarəsidir. Həmçinin yaranmış vəziyyətə görə bütün hava limanları sərnişin təyyarələrini qəbul etmir. Çünki axın çoxdur”.


Digər xəbərlər
SON XƏBƏRLƏR