LAÇIN YOLUNDAKI AKSİYADAN 60 GÜN ÖTDÜ: daha 4 maşında erməni ailələr Ermənistana gedib - (Xəbər yenilənib)

img

09-02-2023 [17:27]


Laçın yolunun Şuşadan keçən hissəsində azərbaycanlı ekofəalların fasiləsiz aksiyasından 60 gün ötür.

Mia.az xəbər verir ki, bu gün soyuq hava şəraitinə baxmayaraq, könüllülər dövlət himnimizi oxuyaraq, aksiyanı açıq elan ediblər.

Xatırladaq ki, aksiyanı məqsədi Qarabağ iqtisadi rayonunda ermənilərin ekoloji terroruna son qoyulması və sülhməramlıların nəzarətində olan ərazilərdə monitoriqn keçirilməsinə şərait yaradılmasıdır.

Məlumat üçün qeyd edək ki, yol hər iki istiqamətə humanitar məqsədlər üçün tam açıqdır.

Dünən Beynəlxalq Qızıl Xaç Komitəsi ilə sülhməramlılara məxsus ümumulikdə 70-ə yaxın maşın yoldan maneəsiz hərəkət ediblər.

***

Bu gün saat 9.00-a olan məlumata görə, Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus 4 maçından erməni ailələr Xankəndidən Ermənistana  aparılıb.

***

Saat 10.00 radələrində isə aksiyanın keçirildiyi yoldan sülhməramlıların maşını ötüb.

***

Bu gün saat 17.25-ə olan məlumata görə, aksiyanın keçirildiyi yoldan sülhməramlılara məxus daha iki maşın maneəsiz hərəkət edib.

Samir

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR