Türkiyənin dəhşətli zəlzələ baş verdiyi bölgədə güclü yeraltı təkanlar davam edir

img

07-02-2023 [14:42]


Türkiyənin dəhşətli zəlzələ baş verdiyi bölgədə növbəti dəfə güclü yeraltı təkanlar olub.

Mia.az NTV-yə istinadla xəbər verir ki, bu gün saat 14.30 radələrində Adıyaman şəhərində 5-6 bal gücündə yeni zəlzələ baş verib.

Məlumatı Türkiyənin Fövqəladə Halların İdarə OlunmasıA gentliyi (AFAD) təsdiqləyib.

Bildirilib ki, dünənki güclü zəlzələdən sonra bölgədə 5-6.5 bal arası çoxsaylı təkanlar davam edir.

Qeyd edək ki, bölgədə hələ də dağıntılar arasında xilasetmə əməliyyatları davam edir. İndiyə qədər 9 mindən çox insan xilas olunub.

Təəssüf ki, 3412 nəfər zəlzələ qurbanı olub.

Zülfiyyə,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR