Dəhşətli zəlzələdə canı ilə əlləşənləri lağa qoyan gənc tutuldu

img

07-02-2023 [11:31]


Türkiyədə dəhşətli zəlzələdə dağntılar altında qalanları səsli video çəkərək lağa qoyan gənc saxlanılıb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, həmin gəncin 17 yaşı var: "S.A adlı bu şəxs ölkənin matəm içində olduğu, insanların canı ilə çırpəşmasını aşağılamaq, lağa qoymaq suçundan cəzasını alacaq".

Xatırladaq ki, video Kahramanmaraş zəlzələsindən sonra səsli söhbət tətbiqi olan "Discord"da toplaşan bir qrup gənc tərəfindən çəkilərək yayılıb. Onlar guya bir xilasedicinin dağıntı altında qalana fit çalaraq 2məni duyursanmı" sözünə canverənin "üşüyürəm" cavabı verməsini təqlid ediblər.

Bu videoya ilk təpki verən isə sənətçi Hayko Çepkin olub, daha sonra isə video sürtətlə ayılaraq etirazlar böyüyüb.

Samir,

Mia.az
 


Digər xəbərlər
SON XƏBƏRLƏR