LAÇIN YOLUNDAKI AKSİYANIN 58-ci GÜNÜ: yol açıqdır, etirazçılar şüarlar səsləndirir (Yenilənib)

img

07-02-2023 [19:26]


Ermənilərin ekoloji terroruna qarşı azərbaycanlıların Laçın yolunun Şuşadan keçən kəsişməsində fasiləsiz aksiyası 58 gündür davam edir.

Mia.az xəbər verir ki, bu gün səhər də dövlət himnimizlə aksiyanı açıq elan edən ekofaəllar sülhməramlılardan ermənilərin ekoloji terror törətdiyi ərazilərdə monitorinq aparılmasına şərait yaratmalarını tələb edir. 

Onlar müxtəlif şüarlar səsləndirir, plakatlar qaldırırlar.

Bu gün saat 9.00-a olan məlumata görə, Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus 7 maşın Xankəndidən Laçın istiqamətinə mülki erməniləri daşıyıb.

***

Bu gün saat 11.00-a olan məlumata görə, sülhməramlılara məxsus 6 maşın indiyə qədər yoldan maneəsiz hərəkət edib.

***

Bu gün saat 12.30-a olan məlumata görə, sülhməramlılara məxsus daha 17 maşın iyolun hər iki istiqamətinə maneəsiz hərəkət edib.

***

Bu gün saat 14.20-yə olan məlumata görə, sülhməramlılara məxsus daha 32 maşın iyolun hər iki istiqamətinə maneəsiz hərəkət edib. Bununla da gün ərzində yoldan istifadə edən maşınların sayı 49-a yüksəlib.

***

Bu gün saat 15.00-a olan məlumata görə, bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinə aid  daha 7 maşın Laşın yolundan maneəsiz Xankəndinə doğru yollanıb.

***

Bu gün saat 19.20-yə olan məlumata görə, sülhməramlılara məxsus daha 33 maşın iyolun hər iki istiqamətinə maneəsiz hərəkət edib. Bununla da gün ərzində yoldan istifadə edən maşınların sayı 65-ə yüksəlib.

Samir

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR