İskenderunda xəstəxananın reanimasiya şöbəsi tamamilə çöküb - Həkim və xəstələrdən xəbər yoxdur

img

06-02-2023 [13:43]


Hatayın İskenderun rayonunda yerləşən dövlət xəstəxanasının reanimasiya şöbəsi zəlzələ nəticəsində tamamilə çöküb.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, 6 mərtəbəli binanın reanimasiya şöbəsinin yerləşdiyi A bloku 7.4 bal gücündəki zəlzələyə tab gətirməyib. Nəticədə mərətəbə çöküb, dağlntılar altında neçə həkim və xəstənin qaldığı hələlik dəqiqləşdirilməyib.

Hatay valiliyindən bildirilib ki, hazırda ərazidə sürətli xilasetmə işləri görülür: "Eyni zamanda, xəstəxananın dağılmayan təcili ardım şöbəsində, həmçinin bağçasında qurulan müvəqqəti koneynrlərdə yaralılara yardım edilir".

İskenderun rayonunda bununla yanaşı, tələbə yataqxanası da tamam çöküb, 10-larla binalarda isə böyük zərərlər var: "Xoşbəxtlikdən 5 mərtəbəli tələbə yataqxanası istifadəsiz olub...".

Lamiyə.

Mia.Az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR