LAÇIN YOLUNDAKI AKSİYADAN 57 GÜN ÖTÜR - Ekofəalların tələbləri davam edir

img

06-02-2023 [20:07]


Qarabağ iqtisadi rayonunun sülhməramlıların nəzarəti altında olan ərazilərində ermənilərin ekoloji terroruna qarşı azərbaycanlıların Laçın yolunun Şuşadan keçən kəsişməsində fasiləsiz aksiyası davam edir.

Mia.az xəbər verir ki, 57 gündür gecə-gündüz davam edən aksiya bu gün səhər də dövlət himnimizlə açıq elan olunub. Ekofəallar sülhməramlılardan ermənilərin ekoloji terror törətdiyi ərazilərdə monitorinq aparılmasına şərait yaratmalarını tələb etməyə başlayıblar.

Xatırladaq ki, Laçın yolu hər iki istiqamətə tam açıqdır. 57 gündür Rusiya sülhməramlıları və Beynəlxalq Qırmız xaç Komitəsinə məxsus maşınlar aksiyanın keçirildiyi yoldan hər iki istiqamətə maneəsiz hərəkət edir.

Bu gün hələlik sülhməramlılara məxsus 26 maşın yolda hərəkət edib.

Bundan əvvəl isə  Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 6 avtomobil Xankəndidən Laçın istiqamətinə erməni ailələri aparıb.

***

Saat 20.05-ə olan məlumata görə, Laçın yolundan bu gün sülhməramlılara məxsus ümumilikdə 67 maşın maneəsiz hər iki istiqamətə hərəkət edib.

Samir

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR