DÜNYANIN İKİ NƏHƏNG DÖVLƏTİ SAVAŞ ASTANASINDA: Baydenin əmri ilə "Casus balonu"nu vuruldu, rəsmi Pekindən qəzəbli cavab hədəsi gəldi (FOTOLAR)

img

05-02-2023 [13:48]


Yanvarın 28-də ABŞ səmasında təsbit edilən Çinə məxsus “Casus balonu" (Çin buna mülki təyyarə, ABŞ isə "kəşfiyyat balonu" deyir-Mia.az)  iki ölkə arasında böyük böhrana səbəb olub. 

Mia.az xatırladır ki, ABŞ ordusu "Pentaqon) bir neçə gün bu "casus balonu"nu nəzarətə saxlayıb: "Biz onu vurmağa ehtiyat edirik, çünki bu halda onun yerə düşəcək qalıqlarının hansı təhlükələrə yol açacağını bilmirik. Hələlik araşdırırıq".

ÇİN Xarici İşlər Nazirliyi də ilk gündə açıqlama yayaraq, "casus balonu"nun onlara məxsus olduğunu deyərək, güclü küləyin onu sürükləyib Amerika torpaqlarına keçirdiyini etiraf edib: "Amma bu casusluqla məşğul olan kəşfiyyat təyyarəsi deyil, hava məlumatları toplayan mülki təyyarədir".

Ancaq "balon"unun 3 iri avtobus boyda olması, üstəlik, hər cür görüntü və elektrosiqnalı almaq qabiliyyəti olan cihazlarla təmin olunması bunun kəşfiyyat xarakterli olması qənaətini gücləndirib.

 Mia.az-ın məlumatına görə, bu gün ABŞ Müdafiə Nazirliyininin Lenqli Hərbi Hava Qüvvələri bazasından havaya qalxan F-22-dən atılan səsdən sürətli raketlə (hipersonik) balonu vurub.

ABŞ prezidenti Co Bayden məsələ ilə bağlı açıqlama verib. "Mən çərşənbə günü "balonu"n vurulmasını əmrini verdim. Onun mümkün qədər tez yerə atılmasını istədim, lakin dağıntıların insanlara zərər verm ehtimalı prosesi ləngitdi"

Pentaqon rəhbərliyi isə ən uyğun zamanda - "casus balonu"nun Atlantik okeanı üzərində vurulduğu barədə foto və açıqlama paylaşıb  Virciniya ştatındakı Lenqli Hərbi Hava Qüvvələri bazasından havaya qalxan F-22-nin "casus balonu" məhv etdiyi bidirilib. 

Qırıcı təyyarənin istiliyə həssas, səsdən sürətli AIM-9X raketindən istifadə etdiyi də xəbərdə yer alıb.

"Casus balonu"nun vurulmasına isə rəsmi Pekin qəzəbli reaksiya verib. 

Çin Xarici İşlər Nazirliyi bəyanat yayaraq, ABŞ-ın "balonu" vuracağını əvvəlcədən xəbər vermədiyini qeyd edib. Bir daha "balon"un külək səbəbiylə təsadüfən ABŞ ərazisinə keçdiyi təkrarlanıb: "Çin ABŞ-dan bu hadisəni sakit və peşəkar şəkildə həll etməyi dəfələrlə xahiş etdi. Lakin ABŞ güc yolunu  seçərək həddindən artıq sərt reaksiya verdi. Bizim də buna cavab vermək haqqımız var".

Bəıyanatda o da iddia olunub ki, "balon" vurularkən ABŞ ərazisini tərk edibmiş.

"Reuters" isə bu hadisənin arxa planı ilə bağlı belə bir sualı manşetinə daşıyıb: "Bəzi suallar cavabsız qaldı. Məsələn, "Çin balonu" ABŞ-ın hava məkanında hansı məlumatları toplayıb ölkəsinə ötürdü?".

Xatırladaq ki, "Casus balonu" yanvarın 28-də Alyaska üzərində müşahidə edilib və yanvarın 30-da Kanada hava məkanına daxil olub. 

Daha sonra "balon" yenidən ABŞ sərhədini keçərək ölkədə növbəti panikaya yol açıb.

Samir Musayev,

Mia.az

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR