Partiya sədri öldürülən sabiq başqanın ata evinə getdi: "Bu cinayət işini sonadək təqib edəcəyik"

img

02-02-2023 [18:15]


İYİ Partiyanın lideri Meral Akşener dekabrın 30-da Ankarada küçədə öldürülən "Ülkü Ocakları"nın sabiq başqanı, eyni zamanda, Hacettepe Universitetinin müəlllimi Sinan Ateşin ata evini bu gün ziyarət edib.

Mia.az xəbər verir ki, təxminən bir saata yaxın ailəni ziyarət edən Akşener çıxışıda jurnalistlərin suallarına tək cümlə ilə cavab verib: "Bu cinayət işini təqib edəcəyim".

Xatırladaq ki, Akşener israrla bu cinayət işinin açılmasını pezident Ərdoğandan tələb edir.

Bu günə qədər isə cinayətdə şübhəli bilinən 17 nəfər saxlanılıb. Onlaırn bəzilərinin MHP -yə yaxın isimlər olduğu iddia olunur.

Lamiyə,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR