Partiya sədri uşaq vaxtı zorlanıb? - İki partiya lideri arasında skandal; biri o birinə "məzhəbçi" dedi, elə cavab aldı ki...

img

01-02-2023 [12:14]


Zəfər Partiyasının lideri Ümit Özdağəb "6-lı masa"nın açıqladıı seçki platformasını tənqied etməisi Türkiyədə yeni siyasi qarşıdurmanın fitilini çəkib.

Mia.az xəbər verir ki, "Zəfər" lideri Özdağın xüsusi ilə bir fikri sərt cavabla qarşılanıb: ""6-lı Masa"nın üzvlərindən soruşuram. Sizə "məzhəbləri və camaatları dövlətdən çıxaracağıq" deməyə mane olan nədir? Səid-i Nursi adlı adamın yetirməsi, şagirdi olan ortağınız? Demokrat Partiyasının sədri? Babacan və Əhməd Davudoğlu?".

Onun bu ittiham dolu çıxışına Demokrat Partiyasının sədri Gültəkin Uysalın həddən ziyadə qəzəbli və sensasiyalı cavab gecikməyib: "Uşaqlıqda təcavüzə məruz qalan şərəfsiz Ümit Özdağ adlı şəxs və alnından, ağlından və ruhundan silə bilməyəcəyin "çevrilişçinin övladı olmaq" travması ilə zaman-zaman Demokrat Partiyasına və şəxsimə böhtan atırsan. Şər atma, bunu şərəf yoxsunu, sənə  yedirəcəm!".

Maraqlı budur ki, bu tviti atandan qısa zaman sonra Uysal onu silib və topluma və şəxsinə yaraşmayan tvit atdığı üçün üzrxahlıq edib..

Uysal paylaşımını silsə də, işlətdiyi ifadələr sosial mediada böyük əks-səda doğurub. 

Özdağ da onun sözügedən tvitini paylaşaraq, belə replika atıb: "Demokrat Partiyasının sədri Gültekin Uysalın yazıb sildiyi tvit. Səviyyə baxımından burada qalsın: ya yazmayacaqsan, ya da silməyəcəksən".

Onların qarşılıqlı tvitlərini və sosial şəbəkədə "uşaqikən zorlanma" iddiasına rekasiyaları aşağıdakı screenşot-lardan oxuya bilərsiniz:

Samir MUSAYEV

Mia.az

img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR