"Semaşko"nun mətbuat katibi vəzifəsindən getdi
01-02-2023 [10:36]
Elnur Hidayətoğlu "Semaşko" kimi tanınan Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat katibi vəzifəsindən ayrılıb.
Mia.az xəbər verir ki, bu barədə onun özü açıqlama yayıb.
"Burada işlədiyim müddətdə nələr baş verdi, yeniliklər nə oldu, hansı PR işləri görüldü və s. bu haqda heç nə yazmayacam. Yalnız qürurla yazacağım bir məqam var. İllərlə haqqında az qala hər gün “qara xəbərlər” tirajlanan bir yerin imicinin dəyişməsi üçün sadəcə əlimdən gələni yox, bütün gücümü, ürəyimi qoydum. Bəzən gecə yarısına kimi iş başında oldum, bəzən də evdə olanda belə gecə saat 3-4-də telefon zənglərinə cavab verdim, o saatlarda yuxudan durub, yenidən işə gəldiyim vaxtlar oldu...
Bura sadəcə xəstəxana kimi yanaşmadım, işimi böyük bir qurumun, sanki hansısa nazirliyin ictimaiyyətlə əlaqələri kimi qurdum. Kiçik imkanlarla tez-tez nəsə bir yeniliklər etməyə çalışdım və bəzən elə oldu ki, hər ay, hər həftə, bəzən də bir neçə gün ardı-arda ölkə gündəmində olduq. Artıq adı gələndə çoxunun qanı qaralan “Semaşko” haqqında mediada, sosial şəbəkələrdə müsbət istiqamətli – sevindirici, qürurverici, maraqlı, insanlara toxunan, üzünü güldürən xəbərlər gündəm olmağa başladı...
Ən sevindirici bilirsiniz nədir? İçi özüm qarışıq, bir zamanlar çoxumuz bura yaxınlarımızın “düşməyini” istəmirdik. Amma ölkəmizdə icbari tibbi sığortanın tədbiqi, Mərkəzin TƏBİB-in tabeliyinə verilməsindən sonra baş verən dəyişiklik və bu dəyişikliklər haqqında cəmiyyətimizin məlumatlandırılması inandırım sizi ki, bura ilə bağlı fikirləri kifayət qədər dəyişdi. Artıq insanlarımız ən ağır xəstələrinin belə burada sağalacağına inanır. Ən azından “Xahiş edirəm, elə edin ki, atam, anam, qardaşım, bacım və s. orda müalicə olunsun” kimi müraciətlərin həddən çox artması belə deməyə əsas verir. Yeri gəlmişkən, görməyincə mən də inanmırdım ki, burada olduqca savadlı, bu qədər peşəkar və güclü həkimlər var. Bütün bunları gördükcə, onları tanıdıqca anladım ki, KTM haqqında, burada işləyən həkimlər, tibb personalı barədə yalnış xəbərlərin getməməsi üçün ən radikal jurnalistlə də dost olmaq lazımdır.
Jurnalistlər demişkən, mən də jurnalistikadan çıxdığım üçün çox yaxşı bilirəm, normal jurnalistika ilə məşğul olanlar nə istəyir? Onlar sadəcə pis və ya yaxşı, fərq etməz, doğru xəbər, xəbərin təsdiq və təkzib olunmasını, bir sözlə düzənli əlaqə və ya normal münasibət istəyir. Bu baxımdan, çox rahatam. İnanmıram, hansısa media nümayəndəsi, hətta şəxsən tanımadığım jurnalist də məndən narazı qalsın! Tanımadıqlarıma da tanışım kimi rəftar etdim, gücüm çatacaq qədər hər kəsin yanında oldum!
Hər birinizə sevdiyiniz işlə məşğul olmağı arzulayıram!", - deyə o, bildirib.
Zülfiyyə,
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb