Sumqayıtda "Ford" səkidə gedən piyadanı vurub öldürdü

img

01-02-2023 [10:03]


Dünən Sumqayıtda yolu keçən qadını maşın vuraraq öldürüb.

Mia.az xəbər verir ki, 1982-ci il təvəllüdlü Rəsulov Anar Hacıoğlan oğlu idarə etdiyi "Ford" markalı avtomobil ilə hərəkətdə olarkən qəfildən idarəetməni itirib.

Daha sonra nəqliyyat vasitəsi səkiyə çıxaraq yolun kənarı ilə hərəkətdə olan piyada 1965-ci il təvəllüdlü Eyvazova Aqibət Ağasəlim qızını vurub. Nəticədə qadın hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR