İqtisadçı: "Hökumət sizə 45 manat verib, əvəzində..."

img

31-01-2023 [22:48]


Xəbər verildiyi kimi, bu gün Bakıda avtobus və metroda gediş haqqı 10 qəpik artırılması barədə qərar verilib.

Artımı Mia.az-a şərh edən iqtisadçı Samr Əliyev deyib ki, bunun sadə izahı var: "Hökumət yanvar ayından etibarən minimum əmək haqqını 45 manat artırıb. Bu gün isə hökumətin digər qərarı ilə nəqliyyatda gediş qiyməti 33,33% artırılıb. Yəni, fevral ayından başlayaraq, ailədə 1 nəfərin nəqliyyat xərci ən azı 6 manat (0,4 AZN/gediş x 30 gün x 2 gediş) artacaq. Orta statistik ailənin 4 nəfərdən ibarət olduğunu və ən azı 2 nəfərin gündəlik nəqliyyatdan istifadə etdiyini nəzərə alsaq, bu halda ailənin nəqliyyat xərcinin ən azı 12 manat artdığını görmək olar. Yəni, hökumət sizə 45 manat verib, əvəzində 12 manatını (26,7%-ni) geri alır".

Ekspertin sözlərinə görə,gündə 4 nəqliyyatdan istifadə edən ailələrdə, o cümlədən Xırdalan və Sumqayıt əhalisində isə bu xərc 2 dəfə artacaq: "Fərdi sahibkarlar onsuz da minimum əmək haqqının artımında zərbə almışdılar. Onların vergisi, sosial ödənişləri və tibbi sığorta haqları artmışdı. İndi onların nəqliyyat xərcləri də artdı. Bazarlardakı qiymət artımı barədə isə ümumiyyətlə danışmıram...".

Samir,

Miaaz


Digər xəbərlər
SON XƏBƏRLƏR