Türkiyənin ikinci ən böyük gölü sürətlə quruyur: "Ölkə 2024-2029-cu illər dəhşətli quraqlıq dövrünü yaşayacaq" - Professor həyəcan təbili çalır

img

31-01-2023 [19:34]


Türkiyənin ikinci ən böyük gölü - Aksaray, Konya və Ankara arasında yerləşən və əsaəsn də flaminqo və digər minlərlə quşu özünə cəlb edən Duz Gölü sürətlə quruyur.

Mia.az xəbər verir ki, bu barədə Professor Hatim Elhatip həyəcan təbili çalıb.

Aksaray Universitetinin prosessoru yerli mətbuata bildirib ki, Türkiyədə ən az yağış alan yer iç Anadolu bölgəsidir: "2021-ci ildə bölgəmizə bol yağış yağdı. Bu yağıntılar həm yeraltı, həm də yerüstü sulara müsbət təsir etdi. Qrunt sularında 30-50 santimetr artım oldu. Hazırda qlobal səbəblərə görə istiləşmə var. Bu il isə tamamilə quraq bir mövsüm yaşayırıq. Quraqlıq analizimiz üçün 50-60-cı illəri əsas götürürük. Aksaray hazırda quraqlığın şiddətli təsiri altındadır. Bu dövrlərdə ölkəmizin bir çox bölgəsi qarla doldu, amma bu il yağıntı çox azdır. Hətta xizək kurortları da süni qarla fəaliyət göstərir. Yəni, ən çox qar düşən bölgələrdə belə qar yoxdur. Nəticə etibarı ilə ölkə təhlükəli zolağa daxil olur".

Professorun sözlərinə görə, hazırda yaşayan quraqlığıa görə sürətlə quruyan Duz Gölünün ərazisi 30-40 il əvvəl 92 min 652 hektar idi: "İndisə göl quruyaraq 32500 hektara qədər kiçilib. Üstəlik, 2-3 ay əvvəl apardığımız araşdırmaya görə, göldə suyun səviyyəsi daha 10 faiz azalıb. Yəni, göl son həcminə görə daha 10 faiz balacalaşıb. Bu, həm yağıntı, həm də yeraltı suların çəkilməsi ilə əlaqələdir".

Professor deyir ki, Türkiyə 2024-2029-cu illərdə daha böyük quraqlıqla əlləşəcək: "Qlobal istiləşmənin təsirlərini çox ciddi şəkildə özünü göstərir. Baxın, Səudiyyə Ərəbistanı bölgəsini görünməyən hadisələr baş verir, subasmalar, güclü qar, sel olur.  Digər yandan da buzluq bölgələrdəki buzlar sürətlə əriyir...

Çox təəssüf ki, dünya, o cümlədən Türkİyə sahib olduğu su qaynaqlarından səmərəli istifadə etmir. Üstəlik, əkin sahələri ənənəvi üsulla davam suvarılır, bu da quraqlığın böyüməsində əsas rol oynayır. Türkiyə yaxın 5 ildə, daha dəqiqi,  2024-2029-cu illərdə güclü quraqlıq görəcək. Ona görə də biz qırmızı həyəcan siqnalı veririk”.

Samir,

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR