İki müxalif deputatın toxunulmazlığı ləğv olunur - Komissiya qərar verdi

img

31-01-2023 [18:28]


Türkiyə Böyük Millət Məclisinin Konstitusiya və Ədalət Komitəsinin üzvlərindən ibarət Hazırlıq Komissiyası CHP Mersin Millət vəkili Əli Mahir Başarır və İYİ Partiya Kocaeli millət vəkili Lütfü Türkkanın toxunulmazlığının ləğvi barədə qərarını açıqlayıb.

Mia.az xəbər verir ki, komissiya hər iki deputatın mandatının ləğvinə müsbət yanaşmanı özündə əks etdirən qərarı komitəyə təqdim edib.

Xatırladaq ki, hər iki müxalif deputatın toxunulmazlığının ləğvini Prezident Administrasiyası parlament qarşısında məsələ kimi qaldırıb.

Parlamentin müvafiq komitəsi bununla bağlı səsvermə keçirərkən həm CHP, həm İYİ, həm də HDP etiraz olaraq səsverməyə qatılmayıb.

Paralel olaraq, iqtidarı sərt dillə tənqid edən deputatlar da komitənin müdafiə çıxışı barədə dəvətinə rədd cavabı verib.

Gözlənilir ki, toxunulmazlıq ləğv olunandan snra hər iki şəxsə cinayət işi açılacaq.

Samir,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR