Beynəlxalq Ədalət Məhkəməsi Ermənistana qarşı qaldırılan iş üzrə ictimai dinləmələr keçiriləcək

img

31-01-2023 [11:22]


BMT-nin ali ədliyyə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) bu gün Bakı vaxtilə saat 16:00-da Azərbaycanın Ermənistana qarşı qaldırdığı iş üzrə ictimai dinləmələr keçirəcək.

Mia.az-ın xəbərinə görə, İrqi Ayrıseçkiliyin Bütün Formalarının Aradan Qaldırılması üzrə Beynəlxalq Konvensiya (Azərbaycan Ermənistana qarşı) üzrə keçiriləcək ictimai dinləmələr Haaqadakı Sülh Sarayında baş tutacaq.

Sessiyaya məhkəmənin sədri Coan Donoqyu (Joan E. Donoghue) hakimlik edəcək.

Dinləmələr Azərbaycanın bu il yanvarın 3-də Ermənistana müvəqqəti tədbirlərin təyin edilməsi ilə bağlı müraciətinə həsr ediləcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA