Donald Tramp seçki yarışına start verdi, özünü xilaskar saydı: "Ukraynadakı savaş 24 saat içində dayandıra bilərəm" - FOTO

img

30-01-2023 [20:19]


ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində təmsil ounduğu partiyanın namizədi olması üçün yeni mitinq keçirib.

Mia.az "Associated Press"ə istinadla xəbər verir ki, Cənubi Karolinada tərəfdarları ilə bir araya gələn Traçp budəfəki seçkiyə "daha qəzəbli və daha qətiyyətli" qatılacağını bəyan edib.

O, özünü ölkənin xilaskarı adlandırıb və hazırkı prezident Baydenin həm daxili, həm də xarici siyasətini kəskin tənqid edib: "Respublikaçılar Partiyası üçün ən uyğun namizəd mənım. Bəli, 2024-cü il seçkiləri ölkəmizi xilas etmək üçün yeganə şansımızdır və ilk gündən bunu etməyə hazır olan bir liderə ehtiyacımız var. O da mənəm".

Tramp Ukraynadakı savaşa da toxunub və iddia edib ki,o, bu savaşı 24 saat içində dayandıra bilər.

Lamiyə,

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR