Rəsmi Moskva Consonun "Putin məni hədələdi" açıqlamasına reaksiya verdi, NATO ölkələrinə xəbərdarlq etdi 

img

30-01-2023 [20:04]


Rəsmi Moskva Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun "Putin məni raketlə hədələdi" açıqlamasına reaksiya verib.

Mia.az Rusiya mətbuatna istinadla xəbər verir ki, bu barədə Putinin sözçüsü DmitriPeskov bu gün rusiyalı jurnalistlərə açıqlama verib.

O, Consonu yalan danışmaqda ittiham edərək, belə bir hədənin olmadığını deyib: "Bu çox açıq şəkildə yalandır".

Peskov NATO ölkələrinin Ukraynaya silah tədarükünə də toxunaraq qeyd edib ki, bu, onların savaşa cəlbinin təsdiqidir: "Ancaq bu, Ukraynadakı savaşın gedişatını dəyişməyəcək. Əksinə, münqaişəni daha da dərinləşdirəcək".

Xatırladaq ki, Boris Conson ötən gün açıqlama verərək, Rusiya prezidenti Vladimir Putinin 2022-ci ilin fevralında Rusiya-Ukrayna müharibəsi ərəfəsində onu “Britaniyaya raket zərbəsi” ilə hədələdiyini iddia edib.

Samir MUSAYEV,

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR