Pakistanda məsciddə dəhşətli terror: 90-a yaxln ölü, 200-dın çox yaralı var - (FOTO/Yenilənir)

img

31-01-2023 [09:43]


Dünən Pakistanda kamikadze terrorçunun məsciddə törətdiyi dəhşətli terrorda ölənlərin sayı artır.

Mia.az NTV-yə istinadla xəəbər verir ki, dağıntılar altından daha 28 nəfərin meyiti çıxarılıb.

Beləliklə, ölənlərin sayı 87-yə çatıb.

Son məlumata görə, dağıntılar altından yaralılar da çıxaırlmaqdadır. Onların sayı da 200-ü ötüb.

Hazırda xilasetmə işləri davam edir.

***

Son məlumata görə, Pakistanda məsciddə törədilən dəhşətli terrorda ölənlərin sayı artıb.

Mia.az NTV-yə istinadla xəəbər verir ki, daha 14 nəfərin meyiti dağıntılar arasından çıxarılıb.

Beləliklə, ölənlərin sayı 59-a çatıb yaralıların sayı isə 157 nəfərdir.

Hazırda xilasetmə işləri davam edir.

***

Son məlumata görə, Pakistanda məsciddə törədilən dəhşətli terrorda ölənlərin sayı 45-ə, yaralıların sayı isə 160-yə çatıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, yaralıların çoxunun vəziyyəti ağırdır.

Pakistan mətbuatı yazır ki, hadisə  ərəfəsində 400-dək polis işçisi də namaz üçün məsciddə olub. Onıarın çoxunun dağıntı altında qaldığı deyilir.

Yayılan qeyri-rəsmi məlumata görə, terroru "Taliban" qruplaşmasına yaxın olan “Tehreek-e-Taliban Pakistan” adlı qruplaşma törədib.

***

Pakistanın Peşavar əyalətində məsciddə namazdan sonra terror törədilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, terror nəticəsində 17 nəfər ölüb, 70-dən çox yaralı var.

Məlumata görə, terroru heç bir qruplaşma üstünə götürməyib.

Bildirilib ki, hazırda dağıntılar altından xilasetmə işləri aparılır.

Zülfiyyə

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR