Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn olunub - Vilayət Eyvazov, Əli Nağıyev, Zakir Həsənov və digər rəsmilər mərasimə qatılıblar (FOTOLAR/YENİLƏNİB)
30-01-2023 [12:26]
Şəhid baş leytenant Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib.
Mia.az xəbər verir ki, dəfn mərasiminə daxili işlər naziri Vilayət Eyvazov, DTX rəhbəri Əli Nağıyev, Müdafiə naziri Zakir Həsənov, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov, müdafiə sənayesi naziri Mədət Quliyev, ombudsman səbinə Əliyeva, deputatlar, o cümlədən Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı və başqaları da qatılıb.
Dəfndə mərhumun xatirəsinə ehtiram əlaməti olaraq yayılım atəşi açılıb, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Allah rəhmət eləsin.
Qeyd: yazıda digər saytların fotolarından istifadə olunub.
***
İrandakı səfirliyimizə terror hücumunda şəhid olan baş leytenant Orxan Əsgərovla Yeni Yasamalda vida mərasimi keçirilir.
Mia.az xəbər verir ki, Ombudsman Səbinə Əliyeva, Milli Məclisin deputatları, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər vəzifəli şəxslər iştirak edir.
O.Əsgərovun xatirəsinə ehtiram əlaməti olaraq fəxri qarovul dəstəsi düzülüb.
Ərazidə güclü təhlükəsizlik tədbirləri görülüb.
Hazırda mərhumla vida mərasimi davam edir.
***
Azərbaycan XİN İrandakı səfirliyimizin əməkdaşlarının təxliyəsi ilə bağlı məlumat yayıb.
Mia.az xəbər verir ki, məlumatda deyilir.
"29 yanvar 2023-cü il tarixində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının, onların ailə üzvlərinin, səfirliyimizə qarşı törədilmiş terror aktı nəticəsində yaralanmış həmkarlarımızın təxliyəsi başa çatıb. Allah şəhidimiz Orxan Əsgərova rəhmət eləsin!".
Xatırladaq ki, bundan əvvəl XİN rəhbərinin müavini Xələf Xələfov səfirliyimizin diplomatları və onların ailə üzvlərinin də təxliyyə olunduğunu bildirib. Onun sözlərinə görə, səfirliyin binasının mühafizəsi üçün sadəcə 5 işçi saxlanlıb. Onların isə hər hansı bir diplomatık fəaliyyət səlahiyyəti olmayacaq. Başqa sözlər, Tehrandakı səfirliyimiz qapadııb.
Bundan sonra İranla bağlı bütün diplomatik fəaliyyət Təbrizdəki konsulluğumuz vasitəsi ilə həyata keçiriləcək.
***
Bu gün Azərbaycana gətirilən şəhid Orxan Əsgərovun cənazəsi Təzə Pir məscidinə gətirilib.
Mia.az xəbər verir ki, sabah o, ll Şəhidlər Xiyabanında dəfn olunacaq.
***
Bu gün bir az əvvəl Azərbaycanın İrandakı səfirliyinə terror hücumunda şəhid olan səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun cənazəsi Tehrandan Bakıya göndərilib.
Mia.az xəbər verir ki, Orxan Əsgərovun meyiti, həmçinin səfirliyin əməkdaşları və onların ailələrinin təxliyəsi üçün Azərbaycan hökuməti hadisədən dərhal sonra təyyarə göndərsə də, İran rejimi cənazə ilə bağlı işləmləri iki gün ləngitdiyindən uçuş az öncə həyata keçirillib.
Onu da qeyd edək ki, dünəndən Yasamalda Orxan Əsgərovun yas mərasimi ilə bağlı çadır qurulub, ölkənin rəsmiləri də mərasimdə iştirak edir, başsağlığı verirlər.
***
Prezidentin köməkçisi Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramov yanvarın 28-də Orxan Əsgərovun yas mərasimində iştirak ediblər.
Mia.az xəbər verir ki, onlar Azərbaycan Prezidenti Ilham Aliyevin başsağlığını şəhidimizin ailəsinə çatdırıblar.
Xatırladaq ki, Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun Bakıda Yeni Yasamalda yas mərasimi keçirilir.
Onu da qeyd edək ki, mərhum II Fəxri Xiyabanda dəfn olunacaq.
Yeri gəlmişkən, şəhid Orxan Əsgərovun Azərbaycana gətirilməsi üçün XİN tərəfindən müvafiq tədbirlər görülür.
Yayılan məlumata görə, hazırda Azərbaycana məxsus təyyarə Tehranda hava limanında meyiti gətirmək üçün gözləyir. Lakin İranın şəhidimizin nəşinin verilməsini bürokratik əngəllərlə uzatması barədə xəbərlər var.
Allah rəhmət eləsin.
Samir,
Mia.az
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb