Ədalət Partiyasından İrana çağırış: “Əliniz yoxdursa, istintaqı Azərbaycanla birgə aparın!”
28-01-2023 [16:15]
Ədalət Partiyasının Siyasi Şurası Azərbaycanın Tehrandakı səfirliyinə basqınla bağlı etiraz bəyanatıyla çıxış edib.
Mia.az xəbər verir ki, bəyanatda deyilir:
“Yanvarın 27-də Azərbaycanın Tehranda yerləşən səfirliyinə 1 nəfərin qətlə yetirilməsi, 2 nəfərin isə yaralanmasıyla nəticələnən basqınla bağlı indiyədək yayılmış görüntülərin və məlumatların təhlili göstərir ki, bu, əvvəlcədən planlaşdırılmış terror hadisəsi olmaqla yanaşı, həm də İran dövlətinin müvafiq qurumlarının aşkar məsuliyyətsizliyinin və laqeydliyinin nəticəsi olaraq ortaya çıxıb və yalnız azərbaycanlı mühafizəçinin cəsur davranışları hesabına kütləvi qırğının qarşısı alınıb.
Bu hadisənin xüsusilə son 2 ildə İran-Azərbaycan münasibətlərindəki gərginliklərin kulminasiyaya çatdığı və bu gərginliklərin aradan qaldırılması üçün də hər iki dövlətin aidiyyəti qurumları və şəxsləri arasında intensiv danışıqların aparıldığı, hətta müəyyən razılaşmların əldə edildiyi bir vaxtda törədilməsi hazırda üzərində dayanılan “şəxsi məsələ” motivini tamamilə arxa plana keçirərək, daha çox çeşidli siyasi mülahizələri ön plana çıxarır, istintaqın gedişində bütün versiyaların ciddi şəkildə yoxlanılmasını zəruri edir.
Eyni zamanda, bu terror hadisəsi həm də İran tərəfindən Azərbaycana qarşı açıq və sistemli təhdidlərin artması, İran təbliğat vasitələrində anti-Azərbaycan çağırışlarının güclənməsi və xüsusilə də səfirliyimizə, sürücülərimizə hücumların ediləcəyi haqda xəbərdarlıqların çoxalması fonunda törədildiyindən, Azərbaycan cəmiyyətində haqlı olaraq, qəzəb və etirazlara səbəb olub, üstəlik, bütün şübhələri də birbaşa İranın dövlət qurumlarının üzərinə yönəldib.
Ədalət Partiyası hesab edir ki, İran dövləti bu işdə hər hansı şəkildə əlinin olduğuna dair yaranmış şübhələrin dağılmasında və gerçəyin üzə çıxmasında maraqlıdırsa, iki ölkə arasında düşmənçilik istəmirsə, bu cinayət işinin istintaqında, bütün versiyaların yoxlanılmasında və təfərrüatlarının araşdırılmasında Azərbaycanın müvafiq qurumlarının iştirakını tam şəkildə təmin etməlidirlər.
Hazırda bu hadisədən istifadə edərək, iki ölkə arasında münasibətlərin daha da gərginləşdirilməsinə və hətta müharibə həddinədək yüksəlməsinə çalışan düşmən dövlətlərin və çevrələrin də xeyli aktivləşdiyini, sosial şəbəkə üzərindən qarşılıqlı ittihamların və təhqirlərin, qisas çağırışlarının gücləndirildiyini nəzərə alan Ədalət Partiyası bu qənaətdədir ki, hər iki dövlətin müvafiq qurumları operativ şəkildə məsləhətləşmələrə başlamalı və bu düşmənçiliyə tezliklə son verməldirilər.
Əks halda, fitnəkarlar daha geniş meydan əldə edəcək və İslam torpaqları yenidən dinc və günahsız insanların qanının töküldüyü məkanlara, xarabalıqlara çevriləcək”.
Mia.az
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var