AMİP: "Bu hücumda İran birbaşa məsuliyyət daşıyır, Tehran rejimi terrora dəstək verən və..."

img

27-01-2023 [12:24]


"Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə xain hücumu şiddətlə qınayır və pisləyirəm".

Bu sözləri Mia.az-a açıqlamasında AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov deyib.

O bildirib ki, bu hücuma İran birbaşa məsuliyyət daşıyır: "Tehran rejimi bu cür addımlarla, beynəlxalq hüquq normalarını pozmaqla Azərbaycanı qorxuda bilməz. Bu hadisə bir daha sübut etdi ki, Tehran rejimi terrora dəstək verən və beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən vahimə rejimdir".

Əli Orucov səfirliyə hücumda şəhid olan mühafizəçiyə Alllahdan rəhmət, yaralı iki nəfərə isə şəfa diləyib.

F.ƏHMƏD


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA