Rəsmi Moskvadan Azərbaycanın İrandakı səfirliyinə xain hücuma reaksiya: "Bu, bizi şoka salıb"

img

27-01-2023 [11:29]


Rəsmi Moskva Azərbaycanın İrandakı səfirlyinə xan hücumla bağlı açıqlama yayıb.

Mia.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu barədə "Teleqram"da paylaşım edib.

O, Azərbaycana başsağlığı verərək, bu hadisədən şoka düşdüklərini deyib: “Azərbaycan səfirliyinə hücumda təhlükəsizlik əməkdaşının həlak olması bizi şoka salıb. Azərbaycanlı dostlarımıza başsağlığı verir və dəstəyimizi ifadə edirik”.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə avtomat silahlı hücum olub, nəticədə səfirliyimizin mühafizəçisi həlak olub, iki nəfər yaralanıb.

Samir,

Mia.Az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:54 30.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA