Erkin Qədirlinin "heç bir deputat səslə seçilməyib" sözü başına bəla olur: "Bu, hiddət doğurur" - MM-də deputatın məsələsinə baxılacaq?
26-01-2023 [12:03]
"Milli Məclisin İntizam Komissiyasına Erkin Qədirli ilə bağlı müraciət daxil olarsa, baxıb qərar qəbul edəcəyik".
Mia.az xəbər verir ki, bunu Report-a Milli Məclisin İntizam Komissiyasının sədr müavini, deputat Fəzail Ağamalı deyib.
O, Erkin Qədirlinin yanvarın 25-də verdiyi qalmaqallı açıqlamasının kifayət qədər hiddət doğurduğunu bildirib. Deputat qeyd edib ki, həmkarı bəhs olunan açıqlamalarla arqumentə, reallığa söykənmədən xalqın etimadını qazanan bütün deputatların seçimini, Azərbaycanda gedən demokratik prosesləri şübhə altında qoyub: "Bu, əslində illərdən bəri Azərbaycana qarşı fəaliyyət göstərən, şər, böhtan, iftira yağdıran anti-Azərbaycan qüvvələrinin içərisində yer almaq deməkdir".
Onun sözlərinə görə, əgər Erkin Qədirli həqiqətən də demokratik yolla deputat seçilməyibsə, onda ötən üç il ərzində mandatından imtina etməliydi. Bununla da özünün indi demiş olduğu fikirlərə uyğun addım atmış olardı: "Bu zaman ona kimsə hansısa formada haqq qazandıra bilərdi. Ancaq üç il mandatdan, onun səlahiyyətlərindən istifadə edib, Milli Məclisin plenar və komitə iclaslarında iştirak edib, özünü bu platformadan cəmiyyətə tanıdıb, daha sonra bu gün ölkədə gedən demokratik proseslərə böhtan atmaq heç bir dəyərə, qərəzsiz və səmimi fikirlərə söykənmir. Ona görə də Erkin Qədirlinin bu fikirlərini rədd edir, eyni zamanda dediklərini özümə qarşı böhtan kimi dəyərləndirirəm. Fikrimcə, bəlkə də bütün deputatlarımız mənim bu fikirlərimlə razılaşar ki, ötən seçkilərdə yetərincə çətin bir rəqabət mühiti var idi və o zaman mən xalqın dəstəyi ilə digər namizədlərə qalib gələ bildim.
İntizam Komissiyasının üzvü kimi hazırda məsələ ilə bağlı mənə çoxsaylı suallar ünvanlanır. Milli Məclisin Nizamnaməsinə və İntizam Komissiyasının əsasnaməsinə uyğun olaraq bu və ya digər deputatın fəaliyyətində Nizamnamə və Əsasnamənin qaydaları pozularsa, bu, ölkə rəhbərliyi tərəfindən gündəliyə gətirilir
Belə ki, araşdırmalar aparılır və ehtiyac olarsa, İntizam Komissiyasına təqdim edilir. İntizam Komissiyası da həmin deputatın əməllərini obyektiv və qərəzsiz müzakirə edərək qərar verir. Hələ ki, məndə olan məlumata görə, bununla bağlı İntizam Komissiyasına müraciət olunmayıb. Baxaq görək Milli Məclis rəhbərliyinin məsələyə münasibəti nə olacaq. Biz də İntizam Komissiyası kimi Əsasnaməyə söykənərək müzakirələr aparıb məsələ ilə bağlı müvafiq qərarımızı verəcəyik".
Qeyd edək ki, ötən gün E.Qədirli "Bizdə demokratik seçki yoxdur" deyə açıqlama verərək, özü qarışıq heç bir deputatın səsvermə ilə qalib gəlmədiyini deyib.
Mia.az
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb